Mercedes-in avtomobil satışı Çin amilinin təsiri ilə azalıb
Şirkətin qlobal avtomobil satışıı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb.“Mercedes-Benz”in avtomobil satışları daşınmaz əmlak böhranının lüks avtomobillərə tələbi zəiflətdiyi Çindəki vəziyyətin təsiri ilə geriləyib.
Marja xəbər verir ki, Almaniya şirkəti olan “Mercedes-Benz” açıqlamasında qlobal avtomobil satışının ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azaldığını bəyan edib. Yerli istehsalçılarla rəqabətin getdikcə çətinləşdiyi Çində isə satışı 30 faiz geriləyib.
Mercedes və digər alman rəqibləri illərdir inkişaflarını və mənfəətlərini dəstəkləyən dünyanın ən böyük avtomobil bazarı olan Çindəki geriləməni dayandıra bilmirlər. BYD kimi Çin rəqibləri də bu bazarda dinamikanın zəifləməsi ilə üzləşsələr də, daşınmaz əmlak böhranının varlı alıcıların satınalma gücünü azaltması səbəbindən Mercedes, Porsche və Audi kimi markalar xüsusilə risk altındadır. BMW ötən ay Çində zəif tələbin təsiri ilə mənfəət marjasının 1 faizə qədər enə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Mercedes Asiyadan kənar bazarlarda daha yaxşı nəticə göstərib. Şirkətin Şimali Amerikada satışı, bu gəlirli bazarda idxal rüsumlarına baxmayaraq, 13 faiz artıb. Tam elektrikli modellərin satışı isə Avropadakı güclü tələbin təsiri ilə 51 faiz artıb.
Mercedes yeni S-Class modelinin uğurla bazara çıxarıldığını, Avropadakı sifariş portfelinin ilin qalan hissəsi üçün tam dolduğunu və yaxın müddətdə digər əsas bazarlarda da oxşar dinamikanın gözlənildiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
6 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 6 saat əvvəl
-
9 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
9 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 11 saat əvvəl
-
12 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
12 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
12 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
13 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























