Azərbaycanlı TIR sürücüləri Gürcüstan gömrüyündə “girov” qaldı – 45 gündür cavab yoxdur
“Sənədlərimizi aldılar, küçədə yatdıq” – Gürcüstanda azərbaycanlı sürücülərin ağır vəziyyəti. “Maşınımı tamamilə sökdülər, telefonumu və pasportumu aldılar” – sürücüdən şok iddialar.Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.
Sürücülər əsasən "Sarp" və "Qırmızı Körpü" sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.
Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin "Sarp" sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.
"Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə "gözləyin" deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir", - sürücü bildirib.
Oxşar problemlə üzləşən digər sürücü Eldəniz Məmmədliyev isə artıq bir aydan çoxdur Gürcüstanda qaldığını deyir. Onun sözlərinə görə, Kutaisidə istehsal olunan və dəmir sənayesində istifadə edilən kimyəvi maddəni Azərbaycana apararkən əvvəlcə gömrükdə üç gün saxlanılıb, daha sonra isə başqa məntəqəyə aparılıb.
"Maşını tamamilə sökdülər, bütün sənədlərimi, pasportumu, telefonumu aldılar. Sonra heç bir izahat vermədən dedilər ki, "gedə bilərsən". Soruşdum hara gedim, cavab verdilər ki, "bilmirik", - deyə sürücü bildirib.
E.Məmmədliyev qeyd edib ki, pasportu yalnız 20 gündən sonra qaytarılıb, bu müddətdə isə avtomobili sökülmüş vəziyyətdə qalıb və özü küçədə gecələməyə məcbur olub.
"Əgər problem yükdədirsə, yükü boşaldın, məni buraxın. Amma heç kim heç nə izah etmir. Hazırda 43-45 gündür Gürcüstandayam", - o vurğulayıb.
Sürücülər Bəhadur Əliyev və İman Əliyev də Batumidə gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən günlərlə gözlədiklərini bildirirlər. Onların sözlərinə görə, saxlanılmalarının səbəbi ilə bağlı onlara da hər hansı rəsmi izahat verilməyib.
"Artıq neçə gündür Batumidə gözləyirik. Nə vaxt buraxılacağımızı deyən yoxdur. Sadəcə "gözləyin" cavabı alırıq", - B.Əliyev deyib.
İ.Əliyev isə söyləyib ki, bütün sənədlər təqdim olunub, amma problem nədən ibarətdir, heç kim izah etmir.
Sürücülərin sözlərinə görə, "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Onların bildirdiyinə görə, gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədin təqdim olunduğunu, lakin daha sonra sənədin gürcü dilinə tərcüməsinin istənildiyini bildirirlər.
Yük sahibi Sahib Əliyev isə açıqlamasında deyib ki, sözügedən icazə sənədi 2023-cü ildə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib və indiyədək eyni sənədlərlə yüzlərlə yük avtomobili Gürcüstan ərazisindən maneəsiz keçib. Onun sözlərinə görə, eyni məhsul bu ilin mart və aprel aylarında, həmçinin ötən ilin oktyabr və dekabr aylarında da heç bir problem olmadan tranzit daşınıb.
"Hesab edirəm ki, hazırkı vəziyyət sənədlərin vaxtında yoxlanılmaması və bürokratik anlaşılmazlıq nəticəsində yaranıb", - S.Əliyev bildirib.
Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, "Get, gözlə" cavabı ilə kifayətlənirlər.
Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) diplomatik sorğu ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.
Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
27 d. əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
1 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
Ən çox oxunanlar
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM
























