Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənir, sığortadan istifadə edən təsərrüfatların sayı artır. Aqrar Sığorta Fondunun məlumatlarına görə, 2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb.
Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb və 341 224 hektar əkin sahəsi sığortalanıb. Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb. Bunlara taxıl bitkiləri – arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Hesabat dövründə Azərbaycanın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələri sığortalanıb.
Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.
2026-cı ilin yanvar–iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.
Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.
Hazırda ölkədə çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bu sahədə çalışan fermerləri və təsərrüfatları avqustun 20-dək çəltik və qarğıdalı sahələrini sığortalamağa çağırır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi – subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 40 d. sonra
-
-
10 d. əvvəl
Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib
-
39 d. əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Ən çox oxunanlar
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – “FINCA Azerbaijan”da nə baş verir?
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi






















