İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Füzuli rayonunda yerləşən “Arayatlı” qum-çınqıl yatağı (38,7 ha) və Qəbələ rayonunda olan “Bumçay” qum-çınqıl yatağı (27,5 ha) istifadəyə verilib.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Marja.az xəbər verir ki, Füzuli və Qəbələ rayonlarında yerləşən qum-çınqıl yataqlarının 3 lotu üzrə keçirilmiş hərracın qalibləri müəyyənləşib.
26 avqust 2026-cı ildə keçirilmiş hərracın nəticələrinə görə, Füzuli rayonundakı “Arayatlı” qum-çınqıl yatağının hər iki lotu üzrə “Körpü-Bina-Tikinti” MMC, Qəbələ rayonundakı “Bumçay” qum-çınqıl yatağı üzrə isə “Nord Vest Konstrakşn” MMC qalib olub.
Hərraca çıxarılan üç lot üzrə ümumilikdə 1 milyon 524,9 min kubmetr qum-çınqıl ehtiyatının istismarı nəzərdə tutulur. Lotların ümumi sahəsi 66,2 hektardır və hər üçü üzrə istismar müddəti 1 ilədək müəyyən edilib.
Füzulinin “Arayatlı” yatağının LOT-1 üzrə ehtiyat həcmi 680,4 min kubmetr, sahəsi isə 24,3 hektardır. Lotun başlanğıc qiyməti 68 min 40 manat olduğu halda, hərrac 74 min 500 manatla yekunlaşıb. Beləliklə, qiymət 6 min 460 manat və ya təxminən 9,5% artıb.
“Arayatlı” yatağının LOT-2 üzrə 432 min kubmetr qum-çınqıl ehtiyatı və 14,4 hektar sahə nəzərdə tutulub. 43 min 200 manatlıq başlanğıc qiyməti hərrac zamanı 50 min 500 manata yüksəlib. Artım 7 min 300 manat və ya 16,9% təşkil edib.
Beləliklə, “Körpü-Bina_Tikinti” MMC Füzulidə iki lot üzrə ümumilikdə 1 milyon 112,4 min kubmetr qum-çınqıl ehtiyatının istismar hüququnu əldə edib. Şirkətin qalib gəldiyi iki lotun yekun qiyməti 125 min manat təşkil edib.
Qəbələ rayonunun “Bumçay” yatağında isə 412,5 min kubmetr qum-çınqıl ehtiyatının yerləşdiyi 27,5 hektarlıq sahə hərraca çıxarılıb. LOT-1-in başlanğıc qiyməti 41 min 250 manat müəyyən edilsə də, “Nord Vest Konstrakşn” MMC 47 min manatlıq yekun qiymətlə qalib olub. Başlanğıc qiymətlə müqayisədə artım 5 min 750 manat və ya təxminən 13,9% olub.
Hərracda qiymətlər 12,8% yüksəlib
Üç lot üzrə başlanğıc qiymətlərin cəmi 152 min 490 manat, yekun hərrac qiymətləri isə 172 min manat olub. Nəticədə lotların qiyməti ümumilikdə 19 min 510 manat və ya 12,8% yüksəlib.
Ən yüksək faiz artımı “Arayatlı” yatağının LOT-2-si üzrə qeydə alınıb — 16,9%.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 30 d. əvvəl
-
59 d. əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
1 saat əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
1 saat əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
1 saat əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
2 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
Ən çox oxunanlar
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı























