Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü ®
Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə “MoveUP” icması yaradıldıb.
Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir.
Bir, "Azerconnect Group", “Azercell”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), “Unibank” və Türkiyənin “Innovance” kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir.
“MoveUP” icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.
Təsisçilərin birgə bəyanatında bildirilir: “Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. “MoveUP” fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir”.
İlk “MoveUP” tədbiri icmanın fəaliyyətinə start verdi
Açılış tədbirində təsisçi üzvlər, o cümlədən Bir-in rəhbər heyətinin üzvləri, “MoveUP”ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb.
Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, “MoveUP”ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub.
“MoveUP” icmasına qoşulmaq üçün: moveup.az
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®





















