3 zavoddan ibarət kombinat tikilir
Regionlarda salınan sənaye parklarının böyük əhəmiyyəti var. Belə parklardan biri də Ağstafa rayonundadır. Burada fəaliyyət göstərən sənaye müəssisələrində istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Hazırda sənaye parkında tikintisi davam edən bir neçə müəssisə də var.
“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı onlardan biridir.
Sahəsi 1 hektardan çox olan “Ağstafa Aqroservis” MMC-nin tikinti işlərinə 2012-ci ildə başlanılıb və bir ildən sonra istifadəyə verilib. Müəssisənin əsas fəaliyyət sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üzrə xidmətlərin göstərilməsidir. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnika var. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir və buradakı kənd təsərrüfatı texnikası Cənubi Qafqazda yalnız “Ağstafa Aqroservis” MMC-dədir. Müasir tələblər səviyyəsində hazırlanan həmin texnika daha az yanacaq və az vaxt sərf etməklə yüksək iqtisadi səmərə əldə etməyə imkan verir. Traktor və kombaynlarda kondisionerlər quraşdırılmışdır. Müəssisənin ixtiyarında 3 mobil servis maşınları da var. Bu maşınlar istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompüter və digər zəruri avadanlıqlarla təchiz edilmişdir. 30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafanın deyil, Qazax və Tovuz rayonları ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.
Aqroparkın nəzdində yaradılan taxıl və un məmulatları istehsalı kombinatının tikintisi sürətlə davam edir. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar toxumluq taxıl emalı, taxıl emalı və un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada layihə çərçivəsində saatda bir ton istehsal gücünə malik olacaq çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 nəfərlik konfrans zalı, hazır məmulat anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılır. Ümumi sahəsi 2 min kvadratmetr olan “fast food” iaşə obyektində çörək, un və qənnadı məhsulları istehsal ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kurslarının təşkil edilməsi nəzərdə tutulmuşdur. “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Prezident İlham Əliyevin iştirakı ilə bünövrəsi qoyulan taxıl dəyirmanı müasir texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli və maksimum un əldə etməyə imkan verəcək. Dəyirmanın daha bir əhəmiyyəti də ondan ibarətdir ki, emala verilən taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu da həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan isə yem istehsal ediləcəkdir.
30 tonluq anbarı da olacaq müəssisə tam gücü ilə işə düşəndən sonra buradakı emal sexində buğda çeşidlənəcək, saflaşdırılacaq və qablaşdırılacaq. Çeşidlənən buğda müəssisədə qurulan və hər birinin tutumu 5 min ton olan 6 çənə yığılacaq. Buğda üyüdüldüyü zaman keyfiyyətinə görə çeşidlənəcək. Çeşidlənmiş unun bir hissəsi 50 kiloqramlıq kisələrə doldurularaq 1-ci növ un kimi satışa çıxarılacaq, bir hissəsi isə çörək və yarımfabrikatların, eləcə də şirniyyat məmulatlarının hazırlanmasında istifadə olunacaq.
Müəssisənin məsul işçisi Nizami Zeynalov dedi ki, “Ağstafa Aqroservis” MMC tam gücü ilə işlədikdən sonra nəinki bölgədə, eləcə də ölkədə ən müasir istehsal sahələrindən olacaq. Müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək müəssisənin istehsal edəcəyi un və un məmulatları ASC-nin 15 min hektarlıq əkin sahəsində yetişdirilən buğdadan əldə ediləcək.
Kombinatın 2018-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
10 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



.jpg)
