Məhsullarının 90 faizini 8 xarici ölkəyə ixrac edir
Bu gün Naxçıvan Muxtar Respublikasında da tütünçülüyün inkişafı üçün lazımi addımlar atılır. Bu məqsədlə ötən il muxtar respublikanın Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkini aparılıb.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun həmin kəndlərində əkin keçirilib. Ötən il rayonda Tütün Yetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il oktyabrın 28-də həmin təsərrüfatda yaradılmış şəraitlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini verib.
Təcrübə məqsədilə Kəngərli rayonunda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir. 2,5 hektar ərazini əhatə edən təsərrüfatda şitil yetişdirmək üçün 2 min 304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, bu günədək 11 tondan çox quru tütün istehsal olunub. Təsərrüfatda 60 nəfər işlə təmin edilib.
Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcək. Eyni zamanda, burada tütün qəbulu da həyata keçiriləcək. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırıb. Təkcə keçən il Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət edib. Bu il 100 hektardan artıq sahədə tütün əkini nəzərdə tutulur.
Təcrübə məqsədilə rayonda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir.
Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizin təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksəkkeyfiyyətli məhsul alınması üçün əlverişlidir. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.
Qeyd edək ki, bu gün muxtar respublikada fəaliyyət göstərən “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. Bu məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.
© Azərtac
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
9 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























