Bakıda ekspress market formatında SPAR açıldı
Bu gün, dünyada məşhur şəbəkə olan SPAR supermarketlərinin Azərbaycanda sayca 8-ci filialı fəaliyyətə başlayıb.
"Marja" xəbər verir ki, 8-ci filialın digər SPAR-lardan fərqi "Express" olmasıdır. Bu, şəbəkənin Azərbaycanda ilk ekspress filialıdır.
"SPAR Express filialımızda alış-verişinizi daha tez zamanda edərək vaxtınıza qənaət etmiş olacaqsınız",- "Araz Supermarket” MMC-dən bildirilib.
SPAR Express Nəsimi rayonu, 28 May küçəsi 50 (Səməd Vurğun bağının yaxınlığı) ünvanında yerləşir.
Yeni açılan filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, qida, gigyenik vasitələr və s. bölmələr müştərilərin xidmətinə verilib. Müştərilər marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən müxtəlif növ şirniyyat və bulkular, tortlar və s. əldə edə biləcəklər. Ekspress filialında müştərilərə hazır yeməklər, salatlar, dönər, burger və digər hazır qidalar təklif olunur.
ENDİRİM VƏ KAMPANİYALAR VAR
Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün endirim və kampaniyalar nəzərdə tutulub. Açılışa özəl endirim və hədiyyə kampaniyası 12-13-14 yanvar tarixində qüvvədə olacaqdır. Məsələn Vineqred salatının 1 kiloqramı 8.60, paytaxt salatının 1 kiloqramı 8.30 manat, 1 ədəd toyuq burger alana 1 ədəd hədiyyə olunacaq və qiyməti cəmi 1.99 manat, Mars və Sinikers tortu 6.45 manat olacaqdır. Endirimlərdən yararlanmaq üçün marketi ziyarət etməyiniz tövsiyyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















