Qazaxda aqropark və sənaye müəssisələri yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair bu ilin ilk işgüzar forumunu bu gün Qazax rayonunda keçirib.
İqtisadiyyat Nazirliyindən "Marja"ya verilən məlumata görə, 200-dək sahibkarın iştirak etdiyi forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov 2018-ci ildə Fondun fəaliyyətinin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Qeyd edək ki, ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaqdır.
Tədbirdə bildirilib ki, Qazaxda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Bundan başqa, aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaqdır. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 mln. manat güzəştli kredit verilib.
Son illər həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində güzəştli kreditlərdən yararlanmaqla Qazaxda müasir texnologiyalar əsasında sönmüş əhəng və elektrod istehsalı müəssisələri yaradılır.
Diqqətə çatdırılıb ki, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına olmaqla sahibkarlıq subyektlərinə ilkin olaraq 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Ümumilikdə, güzəştli kreditlər aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Artıq bu ilin ötən dövründə Fond tərəfindən geri qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan sahibkarlara 2,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Forumdan sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə güzəştli kredit ayrılmış aqroparkda, sönmüş əhəng və elektrod istehsalı zavodlarında aparılan işlərə baxış keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 20 saat əvvəl
-
22 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























