Nazir Avstriyanın iri şirkətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Avstriyaya rəsmi səfəri çərçivəsində Avstriyanın Nəqliyyat və İnnovasiyalar Nazirliyinin və 500 min şirkətinin cəmləşdiyi İqtisadiyyat Palatasının birgə təşkil etdiyi “dəyirmi masa”da iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, “Dəyirmi masa”da İKT və nəqliyyat sahələrində fəaliyyət göstərən aparıcı Avstriya şirkətləri, o cümlədən illik büdcəsi 600 milyon avrodan çox olan və Avstriyanın startap layihələrinin maliyyələşdirilməsini həyata keçirən Avstriya Tədqiqatların Təşviqi Agentliyi, elektron hökumət və elektron imza həlləri üzrə Avropanın aparıcı şirkəti olan “Bit Media”, yüksəktexnologiyalı işıqlandırma sistemləri üzrə ixtisaslaşmış “Polaroid”, dayanacaq və dağ-xizək kompleksləri üzrə həllər təklif edən “Ski-DATA” və s. iştirak edib.
Görüş çərçivəsində Avstriyanın startapların təşviqi və ictimai nəqliyyatın tənzimlənməsi sahəsindəki təcrübəsi barədə geniş məlumat verilib və Azərbaycanla bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, Avstriya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya İqtisadiyyat Palatasının rəhbərliyi ilə özəl şirkətlərin nümayəndələrinin bu ilin may ayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı təfsilatlı təhlillərin aparılması və konkret layihələr üzrə danışıqlara başlanması razılaşdırılıb.
R.Quluzadə səfər çərçivəsində, həmçinin Vyananın Beynəlxalq Avtovağzal Kompleksini ziyarət edib və avtovağzalın fəaliyyəti ilə yerində tanış olub.
Məlumat verilib ki, illik sərnişin axını 700 minə yaxın olan Vyana “Erdberg” vağzalı Avropanın 600 nöqtəsinə sərnişin daşınmasını həyata keçirir. Ziyarət əsnasında bilet satışı, təhlükəsizlik, keçid və minik üçün istifadə olunan proqram təminatı barədə məlumat verilib.
Səfər zamanı Ramin Quluzadə Avstriya Texnologiya İnstitutu və Avropanın aparıcı İKT şirkəti olan “SAİL LAB TECH”-i də ziyarət edib. Müzakirələr zamanı “ağıllı şəhər”, rəqəmsal təhlükəsizlik, insanların və məhsulların mobilliyi, enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə dair əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı azərbaycanlı gənc startapçı və tədqiqatçıların Avstriyada təcrübə keçmələri, Avstriya mütəxəssislərinin iştirakı ilə Bakıda təlimlərin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə mövzusu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















