Telia: Azintelecom tələblərimizə uyğun alıcıdır
Telia Sonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib.
Bu barədə şirkətin rəsmi internet saytında açıqlama dərc edilib:
“Sevindirici haldır ki, biz Turkcell ilə birlikdə Azərbaycanda fəaliyət göstərən Azercell-dəki payımızı satmaq barədə birgə razılığa gəldik. Bu bizim Avrasiya məkanından çıxmaq üzrə səylərimiz çərçivəsində 4-cü satışdır. Bizim Yeni Nəsil Telco strategiyamıza əsasən əsas diqqəti artıq Nordik və Baltik regionuna yönəldirik. Mən Azercell-in bütün əməkdaşlarına göstərdikləri böyük zəhmətə və töhfəyə görə təşəkkür edir və onlara şirkətin fəaliyyətinin növbəti mərhələsində uğurlar arzu edirəm”, Telia Şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Johan Dennelind bildirib.
Fintur özünün Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş (Azertel) şirkətindəki 51.3 faizlik payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Telekom MMC-yə (Azintelecom) satır. Fintur şirkəti hazırda Telia Şirkətinə (58.55 faiz) və Turkcell-ə (41.45 faiz) məxsusdur.
Azertel Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarıdır. Fintur-un Azertel-dəki 51.3 faiz payı üzrə razılaşdırılmış məbləğ təxminən 222 milyon Avrodur. Azercell-in 100 faiz kapital dəyəri 432 milyon avro (900 miyon manat), bazar kapitalizasiyası isə nağd və borcdan azad şəkildə 197 milyon avrodur. Məbləğ 2017-ci il göstəricilərinə əsasən EV/EBİTDA x 2.1-ə bərabərdir.
2017-ci ilin dekabr ayında 2.6 milyard isveç kronası məbləğində tanınan dəyərsizləşmədən əlavə, 3 milyard isveç kronası məbləğində tanınan toplanmış xarici valyuta itkiləri dayandırılmış əməliyyatlardan əldə olunan xalis gəlir kimi yenidən təsnifləşdiriləcək, lakin qrupun kapitalına əhəmiyyətli təsir göstərməyəcək. Əməliyyatın formal şəkildə xalis borc/EBİTDA əmsalını təqribən 0.1 dəfə artıracağı gözlənilir. Yekun rəqəmlər hesabların balans dəyəri və valyuta məzənnələrindəki dəyişiklikdən asılı olaraq müəyyən olunacaq.
Əməliyyatı imzalamazdan əvvəl Telia Şirkəti ciddi uyğunluq yoxlaması və alıcı üzrə yoxlama aparmış və bütün müvafiq yoxlamalar müsbət nəticə ilə başa çatdırılmışdır. Azərbaycanın tam dövlət mülkiyyətində olan şirkət olaraq Azintelecom Telia şirkətinin tələblərinə uyğun alıcıdır.
Əməliyyat hər hansı şərtdən (o cümlədən tənzimləmə və ya rəqabət ilə bağlı təsdiqlərdən) azaddır və artıq başa çatdırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















