Fevral ayında xarici turist sayı azalıb
Cari ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş Azərbaycana gəlmişdir.
Mədəniyyət və Turizm Naziliyinin məlumatına görə, 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 təşkil etmişdir.
Onlardan 103 245 Rusiya Federasiyası, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri 71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.
Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8 faiz və 7.9 faiz təşkil etmişdir.
2017-ci ilin 2 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 təşkil etmişdir ki, onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında gəlmişdir. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12.3%) nəfər çox xarici vətəndaş gəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























