Bolkart sahibləri üçün silsilə kampaniyalar başladı
Bank of Baku-dan Bolkartlılara “Novruz Xonçası” kampaniyası!
Novruz Bayramı ərəfəsində Bank of Baku Bolkart sahibi müştərilərinə özəl silsilə kampaniyalara start verir.
“Novruz Xonçası” adı altında elan edilən 3 fərqli kampaniya Bolkart sahiblərinə Bayramı daha gözəl və xoş keçirmələrinə imkan yaradacaq.
Kampaniya 1. Bolkartla alış-veriş et, 300 AZN-ə 30 AZN cash-back qazan!
15 - 25 mart 2018-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkart kredit kart sahibləri nağdsız formada istənilən mağazada 300 AZN və daha çox məbləğdə etdikləri alış-verişə görə 30 AZN həcmində cash-back qazanacaqlar.
Kampaniya 2. Bolkartla xaricdə alış-veriş et, 2 qat BONUS qazan!
Bank of Baku, bayramı xaricdə keçirən müştərilərini də unutmadı. 25 mart 2018-ci il tarixinə kimi Bolkart kredit və ya Bolkart debet kartı ilə xaricdə alış-veriş edən hər kəs 2 qat BAL qazanacaq.
Qeyd edək ki, kart balansında toplanan BAL-lardan istifadə edərək pulsuz alış-veriş etmək mümkündür. Belə ki, 1 BAL = 1 AZN kimi qiymətləndirilir. Kart balansında 100 BAL varsa, kart sahibi 100 AZN dəyərində alış-veriş edə bilər.
Kampaniya 3. Bolkartla 80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!
“Novruz xonçası”nın üçüncü kampaniyası “80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!” şüarı altında həyata keçirilir.
Kampaniya çərçivəsində Bolkart partnyor şəbəkəsinə daxil olan mağazalarda alış-veriş edən müştərilər ödənişlərinə +2 ay HƏDİYYƏ qazanacaqlar.
Yəni, kampaniya dövrü ərzində Bolkart sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 5 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 8 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 14 aya bala-bala ödəyəcəklər.
Kampaniya 25 mart 2018-ci il tarixinə kimi keçərlidir.
Bank of Baku-nun keçirdiyi “Novruz Xonçası” və digər kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın Facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/Bolkart tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















