“HELL içkisi Brus Uillisin xoşuna gəldi” – MÜSAHİBƏ
(®) Bir müddət öncə xəbər verdiyimiz kimi, HELL ENERGY Holivud aktyoru Brus Uillis ilə birgə Nyu-Yorkda qlobal reklam çarxı hazırlayıb. HELL-in PR direktoru Ester Anna Toth və marketinq direktoru Peter Pantl görülən işlərə şəxsən nəzarət ediblər. Dediklərinə görə, HELL ENERGY-nin səmimi, peşəkar, təvazökar siması ilə çəkiliş etmək möhtəşəm təcrübə idi.
- İlk olaraq, maraqlıdır niyə sima olaraq məhz Brus Uillisi seçdiniz?
Peter Pantl: Onun şəxsiyyəti brendin dəyərlərinə mükəmməl şəkildə uyğun gəlir. Biz markamızın istehlak olduğu bütün ölkələrdə tanınan, HELL ENERGY-nin geniş hədəf auditoriyasına uyğun gələn dinamik, etibarlı bir ulduz axtarışında idik. Digər mühüm cəhət isə o idi ki, Brus Uillis müqayisədə az sayda məhsulu reklam edib.
- Belə bir məşhur aktyordan necə razılıq aldınız?
Peter Pantl: Amerikalı məşhurun agenti ilə danışıqlar aparmaq asan deyil, lakin hər kəs bütün tapşırıqlara pozitiv və çevik şəkildə yanaşdı. Kollektivimiz aktyorla danışıqlara sıfırdan başladı, ona necə bir məhsul istehsal etdiyimizi, zavodlarımızı, hansı ölkələrə ixrac olunduğumuzu və əlbəttə ki, uğur hekayəmizi danışdıq. Bütün bunlardan sonra razılıq əldə edəcəyimizə dair şübhəmiz qalmamışdı. Brus Uillis də bizim məhsulumuzu çox xoşladı.
- Məşhur bir aktyorla iş güman ki, detallı plan tələb edir. Siz çəkilişləri necə təşkil etdiniz?
Peter Pantl: Dediyiniz kimi Amerikan Prodakşn şirkəti ilə reklam çəkilişinin ən kiçik detallarını belə təşkil etməli və son dəqiqəyə qədər hər şeyin planını qurmalıydıq. 3 günlük çəkilişin 1-ci günündə pəkşot çəkilişləri edildi, 3 nəfərdən ibarət stilist komandası 12 saat sadəcə enerji içkisinin görüntüsü üzərində işlədi. İkinci gün çəkiliş Brus Uillisin dublyoru ilə modelləşdirildi. Bu aktyorla keçən vaxtı maksimum effektiv istifadə etmək üçün vacib idi. Müqaviləyə əsasən çəkiliş üçün cəmi 10 saat vaxtımız var idi. Bu vaxt aktyorun evindən çıxdığı andan başlayırdı və evinə qayıtmaq müddəti də buraya daxil idi.
Ester Anna Toth: 40 adamdan ibarət heyətlə işləyirdik və qrafikimiz çox gərgin idi. Brus Uillis yarım saat tez gəldi və gecikmələr olmasın deyə studionun yaxınlığındakı mənzilində qaldı. Amma bizə yenə də vaxt kifayət etmədi və onun meneceriylə danışdıqdan sonra işləri bitirməyimiz üçün yarım saat da əlavə qaldı.
- Brus Uillisin də digər məşhurlar kimi kaprizləri var idi?
Ester Anna Toth: Brus həqiqətən çox peşəkar, asan yola gedilən insandır və tipik məşhurlar kimi davranmır. O, bütün gün gördüyümüz işə fokuslandı. Aktyor çoxlu tələblər edə bilərdi, amma yeganə istəyi kiçik yaşıl otaq oldu, əlavə heç bir tələb bildirmədi. Brus heyətlə birlikdə gəldi, hətta fasilələrdə istirahət otağına belə getmir, söhbət edirdi.
- Yadda qalan hansısa bir hadisəni paylaşa bilərsiniz?
Peter Pantl: Fotolar çəkilərkən, zəhmət olmasa, daha böyük gülümsəmə (bigger smile) sözlərini eşidəndə, Brus hirslə cavab verdi “Yaxşı, mən daha yaxşı güləcəm”. Bunu eşidəndə birdən çox həyəcanlandım, fikirləşdim ki,əsəbləşdi və elə indicə günün ortasında çəkilişi tərk edəcək. Sonra Brus güldü və dedi: "Zarafat edirdim". O, aktoyrluğu həqiqətən yaxşı bacarır.
- Bəs Brus Uillis HELL-i bəyəndimi?
Peter Pantl: Brus enerji içkisini çox bəyəndi, hətta ona verilən bütün enerji içkilərini içdi. Axırda aktyoru həddən çox kofeindən qorumaq üçün HELL-i qazlı su ilə əvəz etməli olduq.
Müsahiblərimiz sonda bildirdilər ki, reklamın hazırlanma prosesi təxminən 6 ay çəkib. Yüzə yaxın insan reklamın ərsəyə gəlməsi üzərində işləyib və onlardan 40 nəfəri Nyu-Yorkdakı reklam çəkiliş qrupunda olub.
Oxucularımıza çəkilişin səhnə arxasından maraqlı məqamları təqdim edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
5 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
7 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
8 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














