PAŞA Sığortadan yay hədiyyə kampaniyası
PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə “Mənə dəniz verin!” adlı yay hədiyyə kampaniyasına start verir. Avqustun 31-dək KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər yayın ən qızmar günlərini “Amburan Beach Club”da keçirmək fürsəti qazanacaqlar.
Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN dəyərində xüsusi hədiyyə kartına sahib olaraq şəhərin ən tanınmış çimərlik komplekslərindən sayılan “Amburan Beach Club”da istirahət imkanı qazanacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində kartlar təqdim ediləcək. Sözügedən kartlar vasitəsilə “Amburan Beach Club” istirahət kompleksinin və onun ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin xidmətlərindən faydalanmaq mümkündür.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Hipermarketdə yerləşən satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
53 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
7 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Azərbaycan neftinin qiyməti düşüb
Ən çox oxunanlar
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək


























