Azərbaycanda soğan niyə bahalaşıb? - ARAŞDIRMA
Bir neçə gündür ki, Bakı bazarlarında soğanın qiyməti qalxır, artıq bir kiloqramının topdan satış qiyməti 60 qəpiyə yüksəlib.
Pərakəndə ticarətçilər isə onu 70-80 qəpiyə satırlar.
Soğan niyə bahalaşıb?
Ticarətçilər deyirlər ki, Azərbaycanda keyfiyyətli və sağlam soğan qıtlığı yaranıb. Çünki yararlı soğan Türkiyəyə satılır və hazırda qonşu ölkədə soğanın kiloqramı Azərbaycan valyutası ilə 1 man 80 qəpiyədir. Üstəlik, informasiya bununla da kifayətlənmir, deyilənə görə, Türkiyə bazarına gedən soğanın bir hissəsi isə oradan Suriya bazarına göndərilir.
Ümumiyyətlə, Azərbaycandan soğan almaq istəyənlər çoxdur, amma sağlam soğan tapılmır. Bu sahə ilə məşğul olanlardan əldə etdiyimiz məlumata görə, ölkədə, əslində, bol soğan var, ancaq bizim soğanımız xəstə olduğundan xaricə göndərə bilmirik. Belə ki, soğanda fermerlər arasında “kartof xəstəliyi” adlanan xəstəlik aşkar edilib.
Bu xəstəliklərin mənbəyi isə kartof, soğan əkilən torpaqlardır. Torpaqlarda xəstəliyə qarşı mübarizə tədbirləri aparılmadığından ziyanverici becərilən məhsulun kökündə yaşayır. Soğan 100 dərəcədə bişdiyindən bu xəstəlik insan orqanizmi üçün təhlükə yaratmır, ancaq xarici alıcı bizim kimi nə gəldi yemir, onların standartları və normativləri var.
Ona görə də dünən Qida Təhlükəsizliyi Agentliyi də sahibkarlara müraciət edərək, göndərdikləri soğanın tərkibinə qarşı diqqətli olmağa çağırdı və xəstəliyin adını da açıqladı.
“Ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir”.
İxracla məşğul olan adamlar deyir ki, Türkiyəyə satdıqları, əsasən, Özbəkistan soğanıdır, amma indi Özbəkistandan soğan almaq olmur, çünki bu ölkənin özündə tələbat yüksəlib. Ümumiyyətlə, dünyada soğan istəyən idxalçılar çoxdur, amma Azərbaycan ixracatçıları tələbi ödəyə bilmir, çünki sağlam soğan tapmır. Səbəb isə budur ki, Azərbaycanda soğan düzgün əkilmir, saxlamaq üçün texnoloji anbar sistemi yoxdur. Məhsulu sahədən vaxtında yığmırlar və düzgün saxlamırlar, hamısı tövlədə, anbarda, sahədə qalır, bu isə xəstəlikdir.
“İnsanlara soğan, kartof əkməyi öyrətmək lazımdır, əkdikləri məhsullar, onların xəstəlikləri haqqında heç nə bilmirlər. Ölkədə bir neçə nəfər pul qoyub anbar tikdirən adamda sağlam soğan var. Ağdamın Dördyol ərazisində isə soğan doludur, əvvəl kisəsini üç manata deyirdilər, indi altı manata verirlər. Amma alan yoxdur, çünki xəstədir”, - soğan bazarının iştirakçılarından biri deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 28 d. əvvəl
-
37 d. əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
1 saat əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
-
2 saat əvvəl
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Ən çox oxunanlar
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
























