“Plastik məmulatlardan imtina edilməsi mərhələli şəkildə aparılacaq” - MÜSAHİBƏ
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin müsahibəsi
- Firdovsi müəllim, plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılması məsələsi cəmiyyətin hazırda ən çox maraq göstərdiyi mövzudur. Bu istiqamətdə alternativ məhsullarla bağlı hansı tədbirlər nəzərdə tutulub?
- Nazirlik plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılmasının tərəfdarı və təşəbbüskarıdır. Sellofan torbalar alternativləri, yəni kağız, parça, kətan torbalar və həsir zənbillər ilə əvəzlənilməlidir. Bu istiqamətdə alternativ materialların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə “Tədbirlər Planı” hazırlanıb, müvafiq qurumlarla razılaşma mərhələsindədir. Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb. “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq.
Beynəlxalq təcrübə bu torbaların ödənişli olmasından sonra onlara olan tələbatın böyük həcmdə azaldığını göstərir. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Birinci növbədə, hesab edirik ki, insanlar özü könüllü olaraq, bunun zərərli tərəflərini başa düşərək polietilen qablaşdırmadan imtina etməlidir.
- Yəni geniş təbliğata ehtiyac var...
- Əlbəttə, plastik məmulatlardan imtina edilməsi məncə birdən-birə baş verməyəcək, bu iş mərhələli şəkildə aparılacaq. Ona görə söhbət tədricən imtinadan gedir və bunun üçün güclü təbliğat aparılmalıdır ki, bütün əhali plastik qablaşdırmanın həm sağlamlığa, həm təbiətə vurduğu zərərləri öyrənsin, insanlar könüllü olaraq bundan imtina etsin. Nazirlik tərəfindən belə bir təbliğat kampaniyasına 6 aydan artıqdır ki, başlanıb. Zərərli və təhlükəli tərəfləri barədə insanları vaxtaşırı məlumatlandırmağa çalışırıq. Biz, əvvəlcə plastik tullantıların pərakəndə şəkildə atılmasının, ətrafa səpələnməsinin qarşısını almaq məqsədilə onun bir yerdə toplanması və çeşidlənməsi məsələsini qaldırdıq. Əhalinin də bu işlərə cəlb olunması üçün nazirliyin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, bugünədək ümumilikdə 37 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 153-dək konteyner yerləşdirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb. Sag olun, mətbuat da bu işdə bizə dəstək olur.
- Payızda keçirilən ağacəkmə kampaniyasını necə qiymətləndirirsiniz? İnsanların ağacəkməyə meyli necədir?
- İctimaiyyətdə bu həssas məsələyə münasibət yaxşı mənada formalaşıb. Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Nazirlik tərəfindən 2018-ci ilin payız ağacəmkə kampaniyasında müxtəlif devizlər altında aksiyalar keçirildi. “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkildi. “Hər ailə ağac əksin”, “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında keçirilən aksiyalarda isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanıldı.
Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə ümumilikdə 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzləndi, boş sahələrə 5000-ə yaxın müxtəlif cinsli ağac əkildi.
Mart ayından etibarən yaz ağacəkmə kompaniyasına start veriləcək və ictimaiyyətin bu işdə dəstəyinə arxayınıq.
- Ötən il meşələrə kameraların quraşdırılması işinə başlanıldı. Bu iş bu il davam edəcəkmi? Ötən müddətdə müsbətə doğru dəyişiklər müşahidə olunubmu?
- Meşələrə kamera quraşdırılması bizim üçün ilk təcrübə idi. Artıq 5 rayonda - Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarındakı meşələrə kameralar quraşdırılıb. Kameralaşma mütərəqqi bir yanaşmadır və hesab edirəm ki, meşələrin mühafizəsində bunun əvəzsiz rolu olacaq. Kameraların quraşdırıldığı az müddət olsa da, meşələrə müdaxilələr azalıb.
Amma bəzən insanların qısqanc münasibətini müşahidə edirik. Çünki bildilər ki, kamera quraşdırıldıqdan sonra ərazi daim nəzarətdə olacaq. Təbii ki, xoş niyyətlə meşəyə gedən adamlar üçün kameranın olub-olmaması fərq etmir. Qeyd edək ki, müşahidə kameraları 15 metr hündürlükdə quraşdırılır, 1650 metr ərazini dəqiq göstərir, 20 min hektar ərazini öz təsiri altında saxlayır. Bu il də ölkənin digər ərazilərində yerləşən meşələrdə kameraların quraşdırılması prosesi davam edəcək.
- Nazirlik tərəfindən bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsirin aradan qaldırılması ilə bağlı hansı işlər görülür?
- Xəzər dənizinin ətraf mühiti və təbii ehtiyatlarının mühafizəsini Nazirlik daim diqqət mərkəzində saxlayır, dənizdə və onun sahil zolağında mütamadi monitorinqlər keçirir. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatlara istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, məktublar göndərilib. Əfsuslar olsun ki, sahil zolağında fəaliyyət göstərən çox az sayda müəssisə müasir tipli təmizləyici qurğular quraşdırıb. Qarşıdan istirahət mövsümü gəlir, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmaması məqsədilə sahibkarları mobil tipli müasir təmizləyici qurğular quraşdırmağa çağırırıq. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin sabitləşməsinə nail olmaqdır. Bunu bizdən regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da tələb edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
1 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
1 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
2 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
2 saat əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
2 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB






















