Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib
Bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alınıb. Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı:
“Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, - deyə nazir əlavə edib.
Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.
Energetika naziri iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
2 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
14 saat əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
14 saat əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
15 saat əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
15 saat əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
-
15 saat əvvəl
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib ®
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib!
Azərbaycanın 2027-ci il üçün iqtisadi hədəfləri – 141 milyard manatlıq ÜDM, 42,4 milyard manatlıq büdcə xərcləri
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı

























