"Hava limanının xərcləri turizmin inkişafına mane olur"
Misirin Qahirə şəhərindən “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Avqustun 7-də Azərbaycanın Qəbələ hava limanına həyata keçirilib.
“Zakher Travel” turizm şirkətinin rəhbəri Cəfər Qarayev bildirib ki, Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.
Təsdiqlənmiş qruplarda həm istirahət məqsədilə, həm də konfransda iştirak etmək üçün gələcək turistlər mövcuddur. İstirahət məqsədilə gələn qrupların proqramları aşağıdakı kimidir: İki gecə Bakıda, iki gecə Qəbələdə, üç gecə isə Bakıda. Konfransa qatılmaq məqsədilə Azərbaycana gələnlər isə üç gecə müddətində Bakıda qonaqlanacaqlar.
“İlk qrupun təcrübəsi göstərdi ki, Misirdən gələn turistlər digər ərəb ölkələrindən gələn qonaqlardan fərqli olaraq Azərbaycanın mədəniyyət, turizm abidələrinə, qoruqlarına daha çox maraq göstərirlər. Məsələn, Heydər Əliyev Mərkəzi qonaqlar arasında maraq yaradan turizm obyektlərindən olub. Bundan başqa, misirli turistlər marşrutun çətinliyinə baxmayaraq, Xınalıq gəzintisinə də böyük həvəs göstərirlər. Bildiyiniz kimi, iri avtobuslarla Bakıdan Xınalığa birbaşa getmək mümkün deyil. Bakı-Quba istiqamətində bir nəqliyyat vasitəsinin istifadə edilməsi, daha sonra Qubadan Xınalığa digər nəqliyyat vasitələri ilə gəzintinin davam etdirilməsi qonaqlar üçün çətin və yorucu olsa da onlar gəzintini uğurla başa vurmuşdur”, - deyə Cəfər Qarayev bildirib.
Misir təcrübəsi turizmin inkişafı üçün bəzi addımların atılmasının zəruriliyini də gündəmə gətirib. Bildiyiniz kimi, körfəzin ərəb ölkələri asanlaşdırılmış viza rejimlərindən (e-viza və hava limanında viza əldə edilməsi) yararlanmaqdadır. Eyni şərtlərin Misir, Sudan, Əlcəzair kimi ölkələrin vətəndaşlarına da tətbiq olunması turistlərin sayının artırılmasında effektiv olacaq. Yeri gəlmişkən BƏƏ-də oturumu olan əcnəbilər üçün tətbiq olunan hava limanında sadələşdirilmiş viza prosedurlarının digər ərəb ölkələrinin əcnəbi sakinlərinə də tətbiq olunması turist axınını daha da yaxşılaşdıracaq.
Onun sözlərinə görə, hava limanının xərcləri son zamanlarda turizmin inkişafına mane olan amil kimi meydana çıxmaqdadır. Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda beynəlxalq statuslu hava limanlarından birindən aşağı büdcəli uçuşların təmin edilməsi turizmin inkişafı üçün mühüm addım ola bilər. Məsələn, Qəbələ Beynəlxalq Hava Limanından aşağı büdcəli beynəlxalqa uçuşların reallaşdırılması regionda işsizliyin aradan qaldırılmasına, region əhalisinin əlavə gəlirlərinin, turizm şirkətlərinin, nəqliyyat vasitələrinin gəlirlərinin artırılmasına səbəb olacaq. Təyyarələrin Qəbələyə düşməsinin digər üstünlüyü isə qonşu regionların da turistlər üçün destinasiyaya çevrilməsinə zəmin yaradacaq.
Cəfər Qarayev deyib: “Bu gün artıq Qahirədən ikinci çarter uçuş baş tutub. Bu dəfə təyyarə Qəbələyə deyil, məhz paytaxtımız Bakıya eniş edib. Bu qrupla gələn qonaq sayı 70 nəfərdir. Bu qruplar Azərbaycanın həm istirahət üçün uyğunluğunu, həm də biznes tədbirlərinə münasibliyini təkrar gündəmə gətirərək ölkəmizin turizm potensialının artırılmasına mühüm töhfə verəcək və iqtisadiyyatımızın inkişafında turizm sahəsinin payını artıracaq”.
Qeyd edək ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
44 d. əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
1 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
-
1 saat əvvəl
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb
-
1 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
1 saat əvvəl
Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq
-
2 saat əvvəl
Avropada taun narahatlığı – Rusiyadakı şübhəli ölüm müzakirə ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Əliyev Putinə zəng edib
Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb
Ən çox oxunanlar
Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq
Chevron-un rəhbəri dizel ixracına qadağanın vəziyyəti daha da pisləşdirə biləcəyini deyir
BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək
Azərbaycanda bu həftədən ov mövsümü başlayır




























