Rusiya şirkəti: Qroznı-Bakı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək
Qrozn-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki hissəsində aparılacaq yenidənqurma işləri 2020-ci ilin ikinci yarısında başa çatacaq.
Bu barədə Rusiyanın “Chernomortransneft” şirkətindən bildirilib. Qeyd edilib ki, neft kəmərinin yenidən qurulması üçün müvafiq dövlət ekoloji ekspertizası müsbət rəyi verib, tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayından başlanması nəzərdə tutulur.
Həmçinin layihə çərçivəsində görüləcək işlərin neft kəmərinin normal fəaliyyətinə təsir göstərməyəcəyi qeyd olunub. Məlumata görə, yenidənqurma işləri çərçivəsində kəmərin nəqletmə gücü artırılmayacaq.
Qeyd edək ki, Qroznı-Bakı magistral neft kəməri ilə bağlı sözügedən layihə çərçivəsində Dağıstandakı “Andreyaul” respublika əhəmiyyətli ərazilərdə ekoloji riskləri minimuma endirmək məqsədi ilə yasaq olan yerlərə düşən kəmərin 1684,5 metr hissəsi əvəzlənərək uzunluğu 1787,5 metr olan yeni kəmər döşənməlidir.
Rusiyanın “Transneft” dövlət şirkətinin törəmə müəssisəsi olan “Chernomortransneft” şirkəti Şimali Qafqaz regionuna aid üç inzibati bölgə və üç respublika ərazisində fəaliyyət göstərir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 9 d. əvvəl
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















