Elektron lotereyaya start verildi - Avtomobil qazan!
(®) Sentyabrın 1-dən PAŞA Bank öz əməkhaqqı kart sahibləri üçün Azərbaycanda ilk elektron lotereyanın keçirilməsinə start verir.
“PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!” adlı loterey nağdsız ödənişlərin həcminin artırılması məqsədi ilə həyata keçirilir. PAŞA Bank əməkhaqqı kart sahibləri hər 10 AZN və ekvivalentində digər valyutada həyata keçirdikləri nağdsız ödənişlər müqabilində lotereyada 1 iştirak şansını əldə edə biləcəklər.
Lotereyanın uduş fondunun oynanılması 4 tirajla həyata keçiriləcək və hər tirajda 15 nəfər təsadüfi seçim yolu ilə qalib elan ediləcək. Qaliblər səyahət kuponları və digər qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Sonuncu tirajda isə bütün lotereya müddətində qazanılmış şanslar arasından təsadüfi seçim yolu ilə seçiləcək bir nəfər qalibə “SKODA SUPERB” avtomobili hədiyyə olunacaq.
Lotereyada qeydiyyatdan keçmək üçün əsas şərtlərdən biri kart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunun və əməkhaqqı kartının son 4 rəqəminin SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməsidir.
Lotereya 31 dekabr 2019-cu il tarixinədək davam edəcək. Lotereya şərtləri ilə aşağıdakı keçidə istinad edərək daha ətraflı tanış ola bilərsiniz: https://lottery.pashabank.az
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected]ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















