“British American Tobacco” Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır
“British American Tobacco” (BAT) Azərbaycandakı distribütoru “SADAF TRADE” QSC ilə birgə glo™ –tütün qızdırıcı sistemlərin satışına başlayır və beləliklə Azərbaycan dünyada bu məhsulun satışda olacağı 16-cı ölkə olacaq.
Dünən Bakıda "Fairmont" mehmanxanasında keçirilmiş mətbuat konfransında bildirilib ki, glo™ cihazı, yandırmaq üçün yox, qızdırılma üçün olan tütün tərkibli “Kent Neostiks” ilə birlikdə istifadə olunur. Siqaret çəkilməsi ilə bağlı risklərin çoxusunun məhz tütünün yandırılmasından yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görə glo™-da yaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir (1). Bundan əlavə, siqaret çəkməklə müqaisədə glo™ kül yaratmır və daha az qoxu yaradır (2).
Məhsul Böyük Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin – alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanmışdır.
glo™-nun əsas üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkənləri bu innovativ cihazın çalışmasının anlamasını rahatlıq yaratmaq üçündür ki onlar siqaret çəkməkdən potensial olaraq daha az riskli məhsula keçidi nəzərə alsınlar.
glo™ və KentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, eləcə də Bakı şəhərinin böyük supermarket şəbəkələrində satışda olacaqdır.
KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: “Rich Tobacco”, “Bright Tobacco” və “Dark Fresh”.
Həmçinin istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaqdır.
“British American Tobacco” şirkətinin Qafqaz və Moldova üzrə baş direktoru Felisio Ferraz bildirmişdir ki, "Biz BAT-da istehlakçılara onların tələbatlarına uyğun bir sıra tütün məhsulları təklif edərək, onların seçimlərini təmin etməyə çalışırıq.Bu gün məhsulun satışa çıxarılması BAT-nin potensial olaraq siqaret çəkməyin risklərini azaldan(3) texnoloqiyasına davamlı sərmayə yatırımlarının bir hissəsidir. Buna görə biz Azərbaycanca siqaret çəkənlərə glo™-nu təqdim etmək imkanınından məmnunuq. Biz www.glo.az vebsaytında və Bakıdakı satış nöqtələrindəbu yeni məhsul barəsində məlumat paylaşılması üçün böyük iş görmüşük çünki istehlakçıların bilgiləndirilməsi bu məhsulların potensial olaraq siqaret çəkməyin risklərini azaldılması ambisiyasının həyatakeçirilməsində ən vacib rol oynayır.”
Son illərdə “BAT” siqaret çəkməyə potensial olaraq daha az riskli alternativlərin tədqiqatı və hazırlanmasına böyük sərmayələr yatırıb. Bütün dünyada alimlər, mühəndis və tütün ekspertləri tədqiqat mərkəzlərində çalışaraq yetkinlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün innovativ məhsulların geniş çeşidlərinin yaradılması üzərində işləyir.
“British American Tobacco” şirkətlər qrupunun Baş elmi mütəxəssisi Marianna Qaça bildirmişdir ki, “Konseptual baxımdan glo™potensial olaraq daha az riskli məhsul kimi işlənib hazırlanmışdır, onun istifadəsi zamanı tütün yanmır, qızdırılır. Nəticədə ayrılan toksinlərin miqdarı əhəmiyyətli dərəcədə azalır, istehlakçı yenə dəistifadədən istədiyi dadı və həzzi alır. Bu vacibdir, çünki bir çox siqaret çəkənlər nikotin istifadəsini və onunla bağlı ritualı atmaq istəməsə belə, siqaret çəkməyin risklərindən narahatdırlar.”
“British American Tobacco” şirkəti haqqında
"British American Tobacco" dünyanın aparıcı istehlakçı məhsullar şirkətlərindən biridir, hansı ki dünyada millionlarla istehlakçını tütün və nikotin məhsulları ilə təmin edir. Bu şirkətdə 55000-dən artıq insan çalışır, 50 ölkədə bazar liderliyi və 48 ölkədə istehsalatı var. Onun strateji portfoliosu global siqaret brendlərindən və potensial olaraq riski azaldılmış məhsulların böyüyən çeşidindən ibarətdi. Bunlara buxar, tütün qızdırılması məhsulları, ağız boşluğu üçün müasir tütünsüz nikotin kisəciklərlərdə daxildir. 2018ci ildə şirkətlər qrupu 24.5 milyard funt sterlinq dövriyyəsi edib və əməliyyətlardan 9.3 milyard funt sterlinq qazanc əldə edib.
Glo haqqında
glo™ BAT-nin qabaqcıl tütün qızdırılma brendidir. Bu tütünü yandırmayan, inqilabi tütün qızdırılma texnoloqiyası ilə tütünü qızdıran bir cihazdır və BAT-nin potensial olaraq adi siqaretlə müqaisədə riski azaldılmış məhsulların portfoliosuna daxildir. Neostiklərin qızdırılması nəticəsində çıxan aerozol əsl tütün dadına malikdir və özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir1, eyni zamanda kül yaratmır və adi siqaret çəkilməsi ilə müqaisədə daha az qoxu yaradır. glo™-nun əsas üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. glo™ cihazı xüsusi olaraq premium tütün neostik-ləri ilə çalışır, hansılar ki geniş nikotin və dad çeşidində təklif olunur.glo™ hal hazırda 16 ölkədə var, bunlara Azərbaycan, Yaponiya, Cənubi Koreya, İsveçrə, Kanada, Rusiya, Ruminiya, İtaliya, Serbiya, Xorvatiya, Ukraina, Qazaxstan, Çexiya, Polşa, Yunanıstan və Bolqarıstan daxildir.
(1) Burada və daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki, bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.
(2) Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır.
(3) Burada və daha sonra ənənəvi siqaret çəkmə ilə müqayisədə potensial olaraq daha az təhlükə nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
18 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























