Azərbaycanda istehsal edilən dəvə südü dünya ölkələrinə satılacaq
Azərbaycanda da istehsal edilən dəvə südü dünya ölkələrinə satılacaq.
2019-cu ilin İyun ayında Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar Adalarında Avropa Birliyinin "PRİMA" Layihəsinə başlanılıb.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə dəvə südünün istehsalının və istehlakının artırılmasını nəzərdə tutur. Xüsusilə, dəvə südünü dəvə olmayan ölkələrdə də geniş yayılması hədəflənir.
2 milyon avro büdcəsi olan layihə 3 il davam edəcək.
"Bu layihə İspaniyanın rəhbərliyi ilə Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar Adaları kimi 7 ölkənin iştirak etdiyi bir layihədir. Bu layihənin təxminən 2 milyon avro büdcəsi var. Bu, büdcənin təxminən 20%-i, yəni 375 min avrosu Türkiyəyə ayrılıb" ,- xəbərdə bildirilir.
Dəvə südünün kilosu Türkiyədən xaricə 100 lirədən (30 manat) satılır.
Dünyada dəvə olan ölkələrin hamısını gəzərək araşdırmalar aparmış Fransa Beynəlxalq Kənd Təsərrüfatı və İnkişaf Əməkdaşlıq İnstitutunin professoru Bernard Faye de, "Dünya üzrə təxminən 35 milyon ətrafında dəvə var. Amma bunun faktdan çox aşağı olduğunu düşünürük. Bir çox ölkədə dəvələrin qeydiyyatı aparılmadığına görə sayın daha çox ola biləcəyini düşünürük. Dəvə südü istehsalı isə illik cəmi 2 milyon 800 min tondur. Dəvə südü bəzi ölkələrdə bir Allah vergisi kimi dəyərləndirildiyi üçün satılmasının günah olmasına görə rəqəmin aşağı göstərildiyi qənaətindəyik. Dünyada 49 ölkədə dəvə yetişdirilir. Dəvə südünü dəvə olmayan ölkələrə də geniş yayılmasına çalışacağıq. Çox faydalı bir layihə olacaq",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















