Azərbaycanda çəltik yığımına 1 ay tez başlanıldı
Son iki ildə ölkəmizdə çəltikçilik sahələri əvvəlki illə müqayisədə iki dəfədən çox artırılaraq 5 min 100 hektara, düyü istehsalı isə 16,2 min tona çatıb. Hazırda biçin işləri aparılan Biləsuvar rayonunda çəltik sahələrindən 1500 tondan artıq məhsulun toplanılacağı gözlənilir. Çəltikçilik Biləsuvar rayonu üçün qeyri-ənənəvi əkin sahələrindən olsa da, kompakt əkin üsul-qaydalarına görə bu sahəyə önəm verilir. Rayonda çəltik əkini 1000 hektara qədər artırılıb. Torpaq və iqlim şəraitinə uyğun olaraq, bu il həm də Rusiyadan gətirilmiş 3 yeni çəltik növü də becərilir.
Ötən il ilk dəfə olaraq cənub bölgəsinin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilib, ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib. Əsas məqsəd daxili bazarda məhsul bolluğu yaratmaq və ölkəyə idxal olunan düyü məhsullarının miqdarını azaltmaqdır.
Bu il Biləsuvarın Səmədabad kəndi ərazisindəki çəltik sahələrindən ilkin gözləntilərə əsasən əldə olunacaq məhsul təxminən 4 milyon manata yaxın gəlir gətirəcək.
“Muğan düyü” MMC-nin Biləsuvar çəltikçilik təsərrüfatının rəhbəri Rövşən Əliyev deyib: “Biz artıq çəltik yığımına başlamışıq. Bu il ötən ildən fərqli olaraq, yığımı bir ay tez həyata keçiririk. Buna səbəb yeni sortlardır. Rusiyada gətirilən yumru düyü “partnyor”, “favorit”, “polivik” sortları daha tez tetişir. Sahədə tam yetişkənlik olduğundan artıq 4 gündür yığım aparılır”.
Fermer və sahibkarlar məhsulun optimal müddətdə səpilib sağlam becərilməsi, eləcə də itkisiz toplanması məqsədilə zəruri tədbirlər görüblər. Ərazidə yüksək emal texnologiyası qurmaq məqsədilə hazırda təsərrüfat sahibləri müasir dəyirman layihəsi üzərində iş aparırlar. Layihə reallaşdıqdan sonra “Made in Azerbaijan” brendi ilə istehsal olunan yerli məhsul xarici bazarlara da asanlıqla çıxarılacaq.
Rövşən Əliyev bildirib ki, əsas məqsəd Dövlət Proqramına uyğun olaraq çəltikçiliyi inkişaf etdirmək və əhalini yerli düyü ilə təmin etməkdir: “İstəyirik ki, əhali təbii məhsullardan, yerli düyülərdən istifadə etsinlər. Ötən il 650 hektar sahədən 900 tona yaxın məhsul yığmışdıq. Bu il isə hesab edirəm ki, ondan iki dəfə artıq olacaq”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən Azərbaycana 51 min 60 ton düyü idxal olunub. Buna 36 milyon ABŞ dolları xərclənib. İl ərzində isə cəmi 8 min ton düyü istehsal edilib. Bu da mövcud potensial baxımından çox kiçik göstəricidir. Ölkə əhalisinin düyüyə illik tələbatı 40 min ton civarındadır.
Qeyd edək ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və digər məsələlər öz əksini tapıb. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40 sentner/hektar olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
17 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























