Azərbaycandakı neft layihəsi üzrə 6 böyük müqavilə imzalandı - MƏBLƏĞLƏR
1 milyard 7 milyon dollar dəyərində 6 müqavilə imzalanıb.
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi üzrə operator olan BP şirkəti, Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin əsas müqavilələrin imzalanması ilə birlikdə sürətlə irəlilədiyini açıqlayıb.
BP-dən “Marja” ya bildirilib ki, mühəndislik, tikinti və quraşdırma, layihələrin idarə edilməsi və digər xidmətləri əhatə edən müqavilələr 19 aprel 2019-cu ildə layihə üzrə elan olunmuş yekun investisiya qərarından (YİQ) sonra gələn addımdır.
İmzalanan müqavilələr layihənin həyata keçirilməsi qrafikini müəyyən edir və yatağın işlənməsi üzrə bu irimiqyaslı layihədə iştirak edən çoxsaylı sahələrdə və istehsal sahələrində əldə olunmuş irəliləyişi tamamlayır.
YİQ elan edildikdən sonra ACE layihəsi üzrə aşağıdakı əsas müqavilələr imzalanmışdır:
1. ACE platformasının dayaq bloku və ətək payalarının quraşdırılması üzrə müqavilə “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Müqavilənin dəyəri 260 milyon dollara yaxındır.
Müqavilə üzrə iş həcmi istehsal sexləri və quraşdırma ilə əlaqədar mühəndislik, boru yayma işləri, dayaq bloku və ətək payalarının hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismara verilməsi, qurğunun yüklənib göndərilməsi və dənizdə yerinə bərkidilməsindən ibarətdir.
Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Tikinti işləri artıq başlamışdır və 2021-ci ildə başa çatdırılacağı gözlənilir.
2. İkinci müqavilə üzrə ACE platformasının üst modullarının hazırlanması və inteqrasiyası nəzərdə tutulur. Həmin müqavilə 2019-cu ilin iyulunda Azfen şirkəti ilə imzalanmışdır. Müqavilənin dəyəri 486 milyon dollardan artıqdır.
Bu müqavilə çərçivəsində işlər həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə ("National Oilwell Varco" şirkəti tərəfindən layihələndiriləcək) həmçinin yüngül bir qazma blokunun hazırlanması, istismara təhvil vermə işlərinə dəstək xidmətləri, yükləyib göndərmə, sazlama və dənizdə istismara təhvil vermə işlərinə dəstək də aiddir.
Üst modullar Bakı yaxınlığında Bibi-Heybətdəki istehsal sahəsində inşa olunacaq. Bu müqavilə üzrə tikinti işləri artıq başlamışdır və 2022-ci ildə başa çatdırılacağı gözlənilir.
3. Üst modulların qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük və tikintiyə nəzarət üzrə müqavilə ABŞ-ın "National Oilwell Varco" (NOV) şirkəti ilə imzalanmışdır. Bu müqavilənin dəyəri 151 milyon dollardan çoxdur.
Bu müqavilə çərçivəsində işlər həcminə müfəssəl layihələndirmə, mühəndislik təminatı və avadanlığın tədarükü və qazma qurğusunun Bakıya çatdırılması daxildir. İşlər həcmi həmçinin üst modullar və qazma qurğusu istehsalçısının tikinti işlərinə, o cümlədən qazma qurğusunun hazırlanması, birləşdirilməsi, sazlanması və istismara verilməsi ilə əlaqədar fəaliyyətə nəzarət daxildir.
4.Platformanın yaşayış blokları ilə əlaqədar layihələndirmə, satınalma və tikinti müqaviləsi İsveçin "Emtunga Solutions AB" şirkəti ilə imzalanmışdır. Bu müqavilənin dəyəri 34 milyon dollara yaxındır. Layihələndirmə, satınalma və tikinti ilə yanaşı, işlər həcminə yaşayış bloklarının inteqrasiyası və istismara təhvil verilməsinə texniki dəstək də daxildir.
Bu müqavilə üzrə işlər artıq başlamışdır və 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması və istismara verilməsi, Bakı yaxınlığında Bibi-Heybətdəki istehsal sahəsində, platformalar üçün üst modulların inşa olunacağı yerdə yerli resurslardan istifadə etməklə həyata keçiriləcək.
5. Layihələndirmə işlərinin icrası ilə əlaqədar müqavilə SOCAR-KBR MMC birgə müəssisə ilə imzalanmışdır. Müqavilənin dəyəri 76 milyon dollardan çoxdur.
Bu müqavilə üzrə işlər həcminə üst modullar, dayaq bloku və ətək payalarının layihələndirilməsi; AMŞ layihəsi üçün mövcud obyektlərin yenilənməsi işləri; sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri; layihənin idarə edilməsi - materialların idarə edilməsi, işçi münasibətlərinin idarə edilməsi, məlumatların idarə edilməsi; tədarük üzrə dəstək; keyfiyyətin idarə edilməsi və tikinti sahəsində dəstək daxildir. Bu müqavilə üzrə işlər başlamışdır və SOCAR-KBR şirkətinin Böyük Britaniyadakı Leatherhead və Bakıdakı mühəndislik ofisləri vasitəsilə yerinə yetirilir.
6. Yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar müqavilə Regional Çərçivə Sazişi çərçivəsində 2019-cu ilin avqustunda "Transglobal Projects" (TGP) MMC ilə imzalanmışdır.
Bu müqavilə çərçivəsində işlər həcminə materialların və avadanlıqların təchizatçıların obyektlərindən toplanması və Bakıdakı sahələrə çatdırılması, o cümlədən gömrük rəsmiləşdirməsi daxildir. Bu müqavilə üzrə göstəriləcək xidmətlər nəqliyyatın bütün növlərini, o cümlədən beynəlxalq və daxili avtomobil nəqliyyatı, çay gəmiləri, barjalar, dəniz nəqliyyatı, hava nəqliyyatı ilə daşıma haqqında razılaşmalar, yüklərin hava nəqliyyatı və dəmir yolu ilə daşınmasını əhatə edir.
8 MİNƏDƏK İŞ YERİ AÇILACAQ
BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond belə demişdir: “BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün əsas müqavilələrin ilk paketinin imzalandığını elan etməkdən məmnundur. AÇG sazişinin imzalanmasının 25-ci ildönümünü qeyd etdiyimiz zaman vurğulamaq yerinə düşər ki, AÇG üzrə əsas nailiyyətlərdən biri layihələrimizdə yerli resursların yüksək səviyyədə cəlb olunmasıdır. ACE layihəsi üzrə imzalanmış müqavilələr də bunu aydın şəkildə göstərir. İmzalanmış bu müqavilələr AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslarından istifadəni optimallaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-ə qədər iş yerinin açılacağı gözlənilir.”
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 saat sonra
-
4 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 5 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















