Bakıda “Old City Inn” hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb
Səyahət etmək üçün ölkəmizi seçənlərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin, hotel və ictimai iaşə obyektlərinin öz işinə daha məsuliyyətli yanaşmasını zəruri edir. Çünki cəmi 1 ziyarətçinin xidmətin səviyyəsi ilə bağlı mənfi rəyi ilə onlarla, tanınmış şəxs olduqda isə yüzlərlə, minlərlə əcnəbini ölkəyə gəlmək istəyindən daşındıra bilər. Əgər həmin ziyarətçi jurnalistdirsə, bu rəyin əhəmiyyəti dəfələrlə artır.
Bu günlərdə rusiyalı jurnalistlər Bakıya səfərləri zamanı qədim şəhərin ab-havasına uyğun yerdə qalmaq üçün İçəri Şəhərdəki hotellərdən birini - "Old City Inn"i seçiblər. Lakin onlar internetdə təqdim olunduğunun əksi olaraq hoteldə pis xidmət və şəraitsizliklə qarşılaşıblar.
Belə ki, turist “Old City İnn” hotelində eyvanın qapısının bağlanmadığını və bunun onun üçün təhlükə yaratdığını, bütün gecə boyu otağının milçəklərlə dolu olduğunu vurğulayıb. Bununla yanaşı, o, yataq dəstinin də çox çirkli olduğunu, ümumiyyətlə, otağın təmizlənmədiyini bildirib. Turistin sözlərinə görə, otağın hamamının vannasının tüklə dolu olması, kanalizasiyadan isə üfunət iyinin gəlməsi onlarda doğru seçim etmədiklərinə əsas yaradıb. Ziyarətçilər “Old City İnn” otelinin işçilərinin xidməti barədə isə bildirib ki, ütü üçün 4 dəfə müraciət ediblər, lakin bu istək yerinə yetirilməyib, qeydiyyata isə dəfələrlə zəng etsələr də, telefon üzlərinə qapadılıb.
Gördüklərindən nəticə çıxararaq hoteli dəyişmək istəyi jurnalistlərə baha başa gəlib. Belə ki, hotelin sahibi Şaiq Mütəllimov qalmayacaqları günlərin də ödənişini tələb edib, pulu aldıqda isə heç bir çek təqdim olunmayıb.
Məsələyə münasibət öyrənmək üçün “Old City İnn” hoteli ilə əlaqə saxlasaq da, heç bir tutarlı cavab ala bilmədik, hotel əməkdaşı onlara rəsmi şəkildə məktubla müraciət etməyi tövsiyə etdi. Bunu nəzərə alaraq hotel barədə özümüz də internetdə araşdırma aparmağı, onun digər müştərilərinə qarşı necə münasibət göstərdiyini öyrənməyə qərara aldıq.
Məlum oldu ki, ...
Diana Qaliullina adlı turist internet vasitəsilə nömrə bron etsə də, Bakıya gəldikdə həmin oteldə ona nömrənin boş olmadığını bildiriblər, əvəzində bərbad şəraitdə digər hoteli tövsiyə ediblər, müştəri razılaşmayanda isə qalmağa başqa yer axtarmağı bildiriblər. D.Qaliullina yazır ki, hotel rəhbərliyində onların telefon nömrəsi və digər əlaqə vasitələri olsa da, heç bir xəbərdarlıq etmədən bron olunmuş nömrəni digərlərinə satıblar.

Otel sifarişi üzrə ixtisaslaşmış dünya üzrə məşhur booking.com saytında da sözügedən hotellə bağlı xeyli sayda xoşagəlməz rəy var. Belə ki, bu yay nömrə götürən turistlər səhər yeməyinin çox zəif olmasını, yemək verilən beşinci mərtəbədəki terrasa qalxmaq üçün isə liftin işləməməsini qeyd ediblər.

Digərləri isə ödəniş olunması üçün vaxt istədikləri halda, hotel administratorları tərəfindən səhər saat 5 olmasına baxmayaraq, dərhal ödəniş etməli olduqlarını bildiriblər. Ümumiyyətlə, ödənişlə bağlı bir çox ziyarətçilər rəylərdə öz şikayətlərini bölüşüblər. Belə ki, hoteldə qeyri-nağd ödəniş həyata keçirilməsi mümkün olmadığından turistləri kartlarındakı pulları dərhal nağdlaşdırmağa məcbur edirlər.

Məsələyə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov mövcud problemləri hotellərin lisenziyasız fəaliyyət göstərməsi ilə izah edib: "2015-ci ildən Azərbaycanda mehmanxana tipli, eləcə də turizm obyektlərinin fəaliyyəti üçün lisenziya tələb olunmur. Odur ki, belə xoşagəlməz hallar yaşanır. Turist üzləşdiyi problemlərlə bağlı müraciət etsə belə, nə isə etmək mümkün olmayacaq. Hesab edirəm ki, hotel rəhbərliyi özü bu cür şikayətlərin olmamasına çalışmalıdır".
© Report
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
1 gün əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
1 gün əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
1 gün əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
1 gün əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
1 gün əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı

























