"Bakının Avropa şəhərlərindən elə də ciddi fərqi yoxdur" - Ginnesin Rekordlar Kitabına düşən almaniyalı
Bədənindəki pirsinqlərin sayına görə 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşən almaniyalı İT mütəxəssisi Rolf Buccholz Bakını Avropa şəhərlərinə bənzədib.
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən biri də Azərbaycana qonaq gəlmiş almaniyalı turist Rolf Buccholzdur. Rolf artıq bir neçə gündür ki, paytaxtın qonağıdır. O bədənindəki pirsinqlərin sayına görə 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşüb. Gözünün ağını qara laynerlə boyayan, başında isə iki implant buynuzu olan Rolf görənləri görünüşü ilə heyrətləndirir. Kimisi ona baxıb lağ edir, kimisi bu görünüşdən zövq alaraq onunla selfi çəkdirir, kimi də də onu "cin", "şeytan" adlandıraraq lənətləyir. Bir sözlə, Rolf bu qeyri-adi görünüşü ilə son günlər azərbaycanlı sosial şəbəkə istifadəçiləri arasında trendə çevrilib. Rolf ilə görüşərək onun Bakı və Azərbaycanla bağlı təəssüratlarını öyrəndik:
- İlk olaraq pirsinqlərinizlə bağlı sual vermək istəyirəm. Onları hamıdan fərqli görünüşə sahib olmaq üçün taxdırmısız?
- Yox, sadəcə, belə bir görünüş özümə xoşdur, bundan zövq alıram. 60 yaşım var, artıq 20 ildən çoxdur ki, pirsinqlərlə gəzirəm. Təkcə üzümdəki pirsinqlərin sayı 100-ə yaxındır. Onlarla yatmaq, yemək mənim üçün asandır. Bu pirsinqlər əsasən detektordan keçən zaman mənə problem yaradır. Bəzən aeroportlarda buna görə məni saxlayır, ləngidirlər. Dubayda da buna bənzər bir hadisə başıma gəlmişdi. Üzərimdəki metallara görə hava limanında yoxlanışdan keçəndə dedektor siqnal vermişdi və buna görə də problem yarandı, məni geri göndərdilər. Dedilər ki, guya qara magiyanı təbliğ edirəm. Bu səbəbdən ora bir daha qayıtmaq fikrim yoxdur. Çünki qeyri-adi görünüşə görə turistləri qəbul edə bilməyən ölkələrə, şəhərlərə ikinci dəfə üz tutmuram.
- Bəs, Bakıda sizi necə qarşıladılar?
- Yaxşı ki, Azərbaycana gələndə bu cür hallarla qarşılaşmadım. Yəni məni geri göndərmədilər. Amma etiraf edim ki, şəhərdə gəzəndə bəzilərinin mənim görünüşümdən təəccübləndiyini də görürəm. Bununla belə, zövq alanlar, mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyənlər də az deyil.
- Hava limanlarından başqa haralarda maneələrlə qarşılaşırsınız?
- Tək Bakıda deyil, bütün ölkələrdə, xüsusən də iri ticarət mərkəzlərinə daxil olarkən məni xüsusən yoxlayırlar. Çünki üzərimdəki bu metallar siqnal verir.
- Ümumilikdə bu pirsinqlərin sayı nə qədərdir?
- Ümumi sayı 453-dür. Amma onların böyük əksəriyyəti cinsi nahiyədədir. Oradakı pirsinqlərin sayı 278-dir.
- Sizdə silikonlar, buynuzlar da var. Bəs bunların sayı nə qədərdir?
- Düzü, pirsinqlərin sayını bilsəm də, silikonların sayını bilmirəm. Amma onların da sayı az deyil.
- Sizi Azərbaycana, Bakıya gətirən səbəb nə oldu?
- Desəm ki, Azərbaycan haqda çoxdan eşitmişəm, bu yalan olardı. Mən bir neçə il öncə Azərbaycanla qonşu olan Gürcüstana səfər etmişdim. Ümumiyyətlə, səyahətləri çox sevirəm. Elə orada olanda Azərbaycan, buranın paytaxtı Bakı haqda eşitdim. Buna qədər 60-dək ölkəyə səyahət etmişəm, dedim niyə də növbəti səyahət ünvanım Azərbaycan olmasın. Artıq bir neçə gündür ki, buradayam. Sabah artıq öz ölkəmə geri qayıdacağam. Almaniyada Azərbaycan barədə o qədər də geniş məlumat yoxdur.
- Bakını sevdinizmi?
- Bakını, bakılıları çox sevdim. Onlar çox mədənidirlər.
- İndiyədək olduğunuz şəhərlərdən Bakını nə fərqləndirir?
- Əslində Bakının Avropanın digər şəhərlərindən elə də ciddi fərqi yoxdur. Eyni brend geyim mağazaları burada da var. Yaxud da eyni əyləncə məkanlarını burada da görürəm. Məncə Bakını tarixiliyi fərqləndirir. Bu şəhərin tarixi abidələrini çox sevdim. Bir də dənizini. Ümumiyyətlə, neft şəhəri olan Bakı məndə çox böyük təəssürat yaratdı. Demək olar ki, burada bəyənmədiyim heç nə olmadı.
- Bakının haralarında olmusuz?
- Burada alov qülləsini gördüm, çox gözəl idi. Qız qalası, Şirvanşahlar sarayı da valehedici idi.
- Daha çox hansı ölkələr sizin üçün maraqlıdır?
- Şərq ölkələri, nədənsə onlar məni daha çox valeh edir, özünə çəkir. Bəlkə bu da oradakı abidələrin tarixiliyi ilə bağlıdır.
- Ailəlisinizmi?
- Yox, ailə qurmaq istəyirəm, amma hələ ki, subayam.
- Hansı sahədə çalışırsınız?
- Mən IT mütəxəssisiyəm.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Sputnik-Azərbaycan"
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
14 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
14 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib






















