5 aqroparkın istifadəyə verilməsi gözlənilir
Ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır.
Oktyabrın 18-də İqtisadiyyat Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirilib ki, ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb.
Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 milyon manat vəsait layihələrin icrasına yönəldilib.
Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir.
Ümumilkdə, bu aqroparklarda 5500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 milyon manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















