Xalçalar üçün minimum 50 sm tələbi müəyyən edildi
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən xalçaların “Azərxalça” ASC tərəfindən istehsal olunduğunu təsdiq edən uyğunluq sertifikatı verilib və “Əl ilə toxunmuş Azərbaycan xalçalarının texniki şərtləri” qəbul edilib.
Bunu mətbuata açıqlamasında Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tural Səfərov deyib. O bildirib ki, ilk dəfə tətbiq olunan texniki şərtlər 5 il müddətində qüvvədə olacaq. Bu texniki şərtlər xalq təsərrüfatı ehtiyacları və ixracat üçün hazırlanmış əl ilə toxunmuş xovlu və xovsuz Azərbaycan xalçalarına şamil edilir. Texniki şərtlər sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər və tələbləri məcburidir.
Tural Səfərov deyib ki, yeni qəbul edilən normativ sənəddə xalça istehsalı zamanı texniki tələblər, xalçaların qəbul qaydaları, saxlanması, markalanması, qablaşdırılması, nəqliyyatla daşınması, ayrı-ayrı xalça qrupları üzrə xalçanın toxunmasında istifadə olunan materiallar, xalçanın texniki göstəriciləri və ölçüləri haqqında məlumatlar öz əksini tapıb. Xalçanın sıxlığı, qıraqbükməsi, dəhnəsi, xovunun qalınlığı üzrə konkret tələblər müəyyənləşdirilib. Toxunan xalçaların minimum eni 50 sm-dən maksimum 405 sm-ə kimi, minimum uzunluğu 50 sm-dən maksimum 620 sm-ə qədər olmalıdır.
Normativ sənəddə göstərilir ki, xalçaların texniki rəsmlərsiz yerli motivlər əsasında toxunmasına yol verilir, onlar toxunma nəticəsindən asılı olaraq birinci və ikinci növə bölünür. Əl ilə toxunmuş Azərbaycan xalçaları qüvvədə olan normativ sənəd üzrə pambıq, yun, parça ipliyindən, sərtdişli təmiz yunlu xalça ipliyindən, qarşıq və təmiz yunlu aparat ipliyindən hazırlanmalıdır.
Xalçaların yuyulmasından satışa çıxarılmasınadək olan mərhələdə görülən işlər, istehlakçının zəmanəti də normativ sənəddə qeyd olunub.
“Çeşidlənmiş çirkli yunun nəmlik itkisi barədə standart da müəyyən edilib. Tədarük edilmiş çirkli yunun çeşidləndikdən sonra ümumi çəkisində baş verən nəmlik itkisi 20%-ə bərabərdir. “Azərxalça”nın regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə qəbul edilmiş çirkli yunun çeşidləndikdən sonra Yunəyirici-Boyaq Fabrikinin xammal anbarına təhvil verilənədək saxlanılması zamanı baş verən nəmlik itkisi 3 faiz, çeşidlənmiş yunun fabrikin xammal anbarına qəbul edilib emal olunanadək saxlanılması zamanı baş verən nəmlik itkisi isə 17 faizdir”- deyə Tural Səfərov əlavə edib.
Onun sözlərinə görə, “Azərxalça” artıq filiallarda xalça istehsalını, regional məntəqələrə və fabrikə yun qəbulunu bu texniki şərtlərə uyğun həyata keçirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)







