SOCAR AQŞ qazmaçıları ilklərə imza atıb
SOCAR AQŞ “Bulla -dəniz” yatağında daha bir quyu tikintisini uğurla və keyfiyyətlə başa çatdırıb
- Milli qazma sənayesində ilk dəfə olaraq ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8" aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8" kəmərin isə 5620 m dərinliyə 24 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib;
- İlk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla -dəniz» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsi uğurla həyata keçirilib;
- İlk dəfə olaraq, «Bulla -dəniz» yatağında quyu lüləsi boyunca V horizontda və VII horizontun tavanına qədər geofiziki tədqiqat və lay təzyiqinin ölçüməsi işləri uğurla həyata keçirilib.
SOCAR AQŞ 6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 6200 m olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.
Qazma qurğusunun rəisi İlqar Məmmədov bildirib ki, 113 nömrəli quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub. ’’SOCAR AQŞ qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən «Bulla-dəniz» də ilklərə imza atmaqla ən çətin sınaqların öhdəsindən uğurla gəldiklərini bir daha sübut etdilər. Əminliklə vurğulamaq istəyirəm ki, qazandığımız nailiyyətlər qarşımızda yeni geniş imkanlar açmaqdadır!’’.
Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla-dəniz’’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.
Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
19 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 23 saat əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























