"Bir kiloqramını 30-40 qəpiyə satırıq"
Tərtər rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür.
Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Seydimli kəndidir. Kənd sakini Sərdar Tağıyev deyib: "10 il əvvəl 40 hektar sahədə xurma bağı salmışam. Bağda adi xurma, "Şişburun", "İspan" növləri üstünlük təşkil edir. Hər ağacdan 100 kiloqrama qədər, hər hektardan isə 20 tona yaxın məhsul götürürük. Bağın suvarılması damlama üsulu ilə həyata keçirilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalı, mineral gübrə verilməlidir. Bu il bağlarda bol xurma yetişib. Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 30-40 qəpiyə satırıq".
Bağda yığılan xurma anbara daşınır. Burada yeşiklərə yığılaraq Rusiya və Ukraynaya göndərilir. Xurmanın daşınmasını həyata keçirən Fərhad Zeynalzadə Rusiya bazarlarında xurma meyvəsinə tələbatın yüksək olduğunu bildirib.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























