“Azercell” dünyanın məşhur şirkət ilə mobil tətbiq istifadəyə verdi
(®) Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz İnternet məzmunundan qorumaq üçün daha bir rəqəmsal layihəyə başlamışdır
İnnovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslərini uğurla davam edən Azercell Telekom, dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib.
Səkkiz yaşa qədər olan uşaqların 98%-inin ən azı bir mobil cihaz istifadə edilən ailələrdə yaşadığını nəzərə alaraq, son 12 ay ərzində “Uşaqlar və ailə" kateqoriyalı tətbiqlərin Google Play və iOS üçün dünya miqyasında 4.4 milyard dəfədən çox yükləndiyi təəccüblü deyil. Eyni zamanda valideynlər rəqəmsal məzmuna və təhlükəsizliyə nəzarətsiz giriş ilə bağlı problemlərdən çox narahatlıq keçirməkdə davam edir. “Azercell Kids” (kids.azercell.com) xüsusilə bu cür problemləri aradan qaldırmaq və uşaqlara yaş filtrasiyası olan populyar rəqəmsal məzmunu təmin etmək üçün işlənib hazırlanmışdır.
“Azercell Kids” əlavəsinin köməyi ilə Azərbaycanda uşaqların maraq dairələrinə əsaslanan 40-dan çox yerli bə xarici brendin məhsullarından ibarət xüsusi məzmunla tanış olmaq olar. Tam valideyn nəzarətindən əlavə, “Azercell Kids” valideynlərə övladlarının keçirdikləri vaxtı izləmək üçün idarətmə paneli də təqdim edəcək. “Azercell Kids” həm İnternet üzərindən, həm də iOS və ya Android tətbiqetməsindən istifadə edilə bilər. Azercell abunəçiləri (fakturalı və fakturasız) “Azercell Kids” tətbiqinə rahat şəkildə qoşularaq yararlana bilər.
Xidməti aktiv etmək üçün abunəçi sadəcə olaraq telefon ekranında *304# YES qısa nömrəsini seçməli və Appstore yaxud Google play market-dən “Azercell Kids” əlavəsini yükləməlidirlər. “Azercell Kids” mobil tətbiqini aktivləşdirdikdən sonra müştərilər yeddi gün müddətində xidmətdən pulsuz istifadə edə bilər, sonrakı istifadə isə gündəlik olaraq 0.35AZN təşkil edir.
Azercell hər zaman kibertəhlükəsizlik və İnternetdən təhlükəsiz istifadə məsələlərinə geniş diqqət ayırmış, bu sahədə məlumatlılıq və effektivliyin artırılması məqsədi ilə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda genişmiqyaslı təlimlərini dəstəkləməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























