Azercell-in Rominqi millər qazandırır!
® Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir.
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın “Miles&Smiles” kartının sahibi olan Azercell abunəçiləri Rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.
Həmçinin 2020-ci il, yanvar ayının 31-dək Azercell-in Rominq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.
Vurğulayaq ki, Azercell 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.
PAŞA Bankın “Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.
Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















