Azərbaycanın gəlmə turizmində rekord gözlənilir
2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyon nəfərə çatıb. "Marja" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin yaydığı məlumatda deyilir.
"Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. 2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq",- məlumatda deyilir.
Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51.9%-ni təşkil edir.
Dövr ərzində Gürcüstandan gələnlərin sayı 104 min və ya 21.3% artıb. Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib.
Cənubi Asiyanın ən iri bazarları 51 min nəfərlə Hindistan (66.6% artım) və 38 min nəfərlə Pakistandır (13.2% artım). Mərkəzi Asiyadan gələnlərin əksəriyyətini Türkmənistan (44.5 min; 98.7% artım) və Qazaxıstan (40 min; 24.5% artım) vətəndaşları təşkil edib. Türkiyədən gələnlərin sayı 18.7 min və ya 7.7% artaraq 262 min nəfər təşkil edib. Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistanından gələn xarici vətəndaşların sayı 98 min nəfər təşkil edib ki, bu da 44.1% artım hesab edilir.
Yanvar-oktyabr dövrü ərzində turizm nümayəndəliklərinin olduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı və BƏƏ) gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 min və ya 9% artaraq 104.2 min nəfər təşkil edib. Ən yüksək artım Hindistan, Çin və Səudiyyə Ərəbistanından gələnlər arasında müşahidə edilib.
2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir. Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib. Mərkəzi Asiya ölkələrindən Türkmənistandan olan qonaqların sayı rekord 100.4% və ya 5.4 min nəfər artıb. Cənubi Asiya ölkələri arasında 41.7%-lə Hindistandan (cəmi 5.4 min nəfər), Yaxın Şərq ölkələri arasında isə 83.7%-lə Səudiyyə Ərəbistanından (cəmi 5.2 min nəfər) gələn qonaqlar arasında kəskin artım qeydə alınıb. Yaxın Şərq və Cənubi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 29.1% və 35.8% artaraq 23.4 min və 11.2 min nəfərə çatıb.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
14 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
6 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
7 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib




















