Mobil manşet üstü reklam_21

Maddi imkanı zəif olanlara 181 kv.m-lik mənzil təklif olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maddi imkanı zəif olanlara 181 kv.m-lik mənzil təklif olunacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Minlərlə aztəminatlı ailənin səbirsizliklə gözlədiyi kirayə mexanizmi çərçivəsində səhəsi 150-181 kv.m olan mənzillərin də alındığı diqqəti çəkir. Bu mənzillərin hansı “kasıblara” verilməsi üçün alındığı suallar doğurub.


 

Bu gündən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanır.

 

Mexanizmin icrası Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə oluub. Fondun açıqlamasına görə, bu istiqamətdə hazırlıq işləri yekunlaşdırılıb - mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb (Bakı, Xırdalan və Sumqayıtda mənzillər alınıb).

 

“Marja”nın məlumatına görə, kirayə mexanizmi üzrə tələblər maddi imkanı zəif olan ailələri məyus edib. Paylaşılan xəbərlərə yazılan yüzlərlə şərhlərə görə, tələblər çox ağırdır.

 

Fondun kirayə mənzilin verilməsi şərtləri Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətini azaldır. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin Sərəncamında bildirilmişdi ki, mexanizm şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsinə xidmət edir.

 

İpoteka və Kredit Zəmanət Fondunun hazırladığı şərtlərdən isə məlum olur ki,

 

1.Gəlirlərini  sənədlər ilə sübut edə bilməyən vətəndaşlar layihədən kənarda qalırlar. Məsələn, bazarlarda işləyən, fərdi xidmətlər göstərən on minlərlə vətəndaş dövlət xətti ilə kirayə mənzil ala bilməyəcək. Çünki İpoteka və Kredit Zəmanət Fondu bəyan edib ki, ərizəçinin gəlirləri  təsdiqedici sənədlərə əsasən hesablanacaqdır.

 

2.Kirayə mənzilin alınması mexanizmi mürəkkəbdir. Əkər vətəndaşlar elektron şəkildə müraciətin edilməsini bacarmırlar və bu, onlar üçün çox çətindir.

 

3. Aylıq ödənişlər vətəndaşların gəlirlərinə nisbətən çox yüksəkdir. Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərə görə aylıq ödənişlər Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Bakıda sahəsi ən kiçik olan mənzil üçün aylıq ödənişin 411 manat təşkil etməsi, orta sahəli bir mənzil üçün aylıq ödənişin 600 manatı aşması etirazla qarşılanıb. Fondun dərc etdiyi məlumata görə, Bakıda alınmış mənzillərin ən kiçiyinin sahəsi 58 kv.m-dir. Maksimum müddətin də 300 ay (25 il) olduğu nəzərə alındıqda vətəndaş 58 kv.m mənzil üçün, minimum aylıq 411 manat ödənişlə, 25 il ərzində 123 min 300 manat ödəyəcəkdir. Bu da mənzilin 1 kvadrat metrinin 2125 manata başa gələcəyi deməkdir.

 

Vətəndaşlar ilə aparılan söhbətlərdən, sosial şəbəkələrdə yazılan şərhlərdən, mətbuatda dərc olunan xəbərlərdən məlum olur ki, elan edilmiş kirayə mexanizmi şərtləri əksər insanları məyus edib.

 

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün nəzərdə tutulan mənzillərin yerləşdiyi ərazini, sayını, sahəsini və digər məlumatları açıqlayıb. Alınmış mənzillərin siyahısında sahəsi 180.7 kv.m, 156 kv.m, 153.16 kv.m və 152.2 kv.m olan mənzillər də mövcuddur.

 

1. Kirayə mənzil mexanizminin maddi imkanı zəif olan vətəndaşlar üçün nəzərdə tutulduğu zənn etsək sahəsi 180,7 kv.m olan mənzillər kimlər üçün alınıb?!

 

2.Fond ilkin mərhələdə 331 mənzil almağı bacarıb. Sahəsi 150 kv.m-dən yüksək olan mənzillərin əvəzində sahəsi nisbətən kiçik olan (80-100 kv.m civarında) mənzillər alına bilərdi. Belə olan halda vətəndaşlara daha çox sayda mənzillər təklif olunardı.

 

3.Əgər Bakıda ən kiçik mənzil (58 kv.m) üçün aylıq ödəniş 411 manatdırsa, sahəsi 150 kv.m-dən artıq olan mənzillərə görə aylıq ödənişin 1100-1200 manat civarında olacağını iddia edə bilərik. Digər xərcləri ilə bərabər, kirayə mənzil üçün də ayda 1200 manat ödəyə bilən vətəndaş kasıb ola bilməz.

 

4.Kirayə mexanizmi layihəsi ilə aylıq ödəniş gücü 350 manatadək olan vətəndaşlar hədəflənə bilərdi. Belə ki, bu gün  minlərlə ailə Bakıda aylıq 250-350 manat aylıq ödənişlər ilə kirayədə qalırlar. Bu ailələrin kirayə mexanizmi ilə mənzil almalarına şərait yaradılması məqsədəuyğun olardı. Həmçinin, ailə həyatı qurmağa hazırlaşan aztəminatlı subaylar da nəzərə alına bilərdi.

 

Qısası, Azərbaycan  İpoteka və Kredit Zəmanət Fondunun kirayə mexanizmi şərtləri insanların arzularını ürəklərində qoyub.  

 

FOND TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏK ÜÇÜN ALINMIŞ MƏNZİLLƏRİN SİYAHISI

22.01.2020 05:10

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Manşet sağındakı reklam_5
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10