Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Xarici investorlar Azərbaycanın daşınmaz əmlak bazarında yox səviyyəsindədir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xarici investorlar Azərbaycanın daşınmaz əmlak bazarında yox səviyyəsindədir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hər ay Bakının daşınmaz əmlak bazarında nəzərə çarpan tendensiyalar iqtisadçılar və əhali arasında ən çox müzakirə olunan mövzulardan biri olur.

 

Yanvar ayında paytaxtın daşınmaz əmlak bazarında gedən proseslərin yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə necə təsir etdiyini, bazarda tələb və təklif balansının hansı səviyyədə olduğunu araşdırılıb.

 

Mövzu ilə bağlı "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, yanvar ayında daşınmaz əmlak bazarında ümumi vəziyyət stabil olub:

 

"Dekabr ayı ilə müqayisədə qiymətlərdə 0,94% artım nəzərə çarpıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,46% artım olub.

 

Alqı-satqı əməliyyatlarında isə ötən ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvarında təqribən 23% azalma müşahidə olunub. Bu il insanların bir qismi MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) təklif etdiyi mənzillərdən aldılar. Bu alıcılar əsasən aztəminatlı, gənc ailələr idi. Ona görə də həmin alıcılar bazardan çıxdılar. Aztəminatlı ailələrin qalan qismi isə İpoteka və Kredit Zəmanət Fondunun başlatdığı kirayə mənzillər layihəsinə yönəldilər. Nəticədə açıq bazarda tələb portfelini formalaşdıran kontingentin həcmində azalmalar müşahidə edildi. Son 4 ilə yaxın müddətdir ki, bazarda tələb portfelini formalaşdıran alıcı kontingenti əsasən aztəminatlı, qismən də ortatəminatlı ailələrdir. Bütün portfelin demək olar 75%-ni aztəminatlı ailələr formalaşdırır. Onların isə bir qismi güzəştli mənzillər, bir qismi isə kirayə mənzillər layihəsinə üz tutduğu üçün açıq bazarda tələb portfeli azaldı və bazarın aktivliyi aşağı düşdü.

 

Təkrar mənzil bazarında ay üzrə 1 kvadrat metrin orta qiyməti 1 654 manat təşkil edib. Ay ərzində qiymət artımı 1,14% olub, il ərzində isə 1,72% azalma müşahidə edilib. İlkin mənzil bazarında 1 kvadratmetr mənzilin orta qiyməti 1 341 manat olub. Qiymətlər ay ərzində 7,49%, il ərzində isə 1,68% artıb. Son aylar təklif portfelində struktur dəyişikliyi baş verir. Yəni ucuz evlərin payı tədricən azalır, bahalı evlərin payı isə çoxalır. Bu isə orta qiymətin sıçrayışlı artımına səbəb olur. 

 

Yanvar ayında torpaq bazarında 1 sotun orta qiyməti 21 729 manat olub. Ay ərzində qiymətlər 3,35% azalıb, il ərzində isə 0,06% artım olub.

 

Kommersiya obyektləri bazarında 1 kvadratmetrə görə orta qiymət 2 808 manat təşkil edib. Ay ərzində qiymətlərdə 5,42%, il ərzində isə 10,87% artım müşahidə edilib. Kirayə mənzil bazarında 1 mənzilin orta qiyməti 601 manat olub. Ay ərzində qiymətlərdə 5,62%, il ərzində isə 14,35% artım qeydə alınıb. Obyektlərin icarəsi bazarında 1 kvadratmetrin orta qiyməti 15,64 manat təşkil edib. Ay ərzində qiymətlər 5,15% azalıb, il ərzində isə 4,08% artıb. Fərdi yaşayış evlərində bir kvadratın orta qiyməti 448 manat olub. Ay ərzində qiymətlərdə 2,52%, il ərzində isə 1,39% artım nəzərə çarpıb. Bağ evlərində isə qiymətlər ay ərzində 6,96% azalıb, il ərzində isə 8,01% artıb. Bu artım və azalmalar struktur dəyişiklikləri ilə əlaqədardır. Bazardakı ümumi qiymət tendensiyası hələlik artıma doğrudur. Dəyişməyən strukturla qiymət artımı yoxdur. Dəyişən strukturla isə il üzrə qiymətlərdə 3,46% artım olub ki, bu da, təxminən inflyasiya səviyyəsindədir. İnzibati rayonlar üzrə götürsək, təkrar mənzil bazarında qiymətlərin ən yüksək artımı Suraxanı rayonunda, ən yüksək azalması isə Qaradağ rayonunda olub. Bu rayonlarda qiymət artımı müvafiq olaraq 9,52% və 3,05% təşkil edib".

 

Ekspert bildirib ki, son illərdə daşınmaz əmlak bazarında xarici investorların iştirakı xeyli azalıb:

 

"2015-ci ildən etibarən xarici investorların daşınmaz əmlak bazarında iştirakının xeyli azaldığını müşahidə edirik. Demək olar ki, bu göstərici yox səviyyəsindədir. Bəzi hallarda bazarda xarici vətəndaşlara rast gəlinir ki, onlar da milliyətcə azərbaycanlı olub, xaricdə yaşayan soydaşlarımızdır ki, öz vəsaitlərinin bir hissəsini bu bazara yatırırlar. 2014, 2015 və 2016-cı illərdə biz daha çox əks tendensiyanı müşahidə edirdik. Həmin şəxslər buradakı əmlaklarını satıb bu pulla Rusiya, Ukrayna və digər ölkələrdəki maliyyə problemlərini həll edirdilər. Son iki ildə isə vəziyyət dəyişdi".

 

N.İbrahimov daşınmaz əmlak bazarında qiymətlərin neft birjasındakı proseslərdən asılılıq məsələsinə də toxunub:

 

"Neft sektorunda baş verən hadisələr bizim bazara əvvəlki illərdə daha çox təsir edirdi. 2003-cü ildən biz bu təsiri daimi müşahidə edirdik. Neft birjalarında qiymətin artması 3-5 ay gecikmə ilə, azalması isə 6-8 ay gecikmə ilə bazara öz təsirini göstərirdi. Məsələn, 1988-ci ildə “qara bazar”da qiymətlər ən aşağı həddə olduqda neft qiymətləri də aşağı idi. 1998-ci ildə 1996-cı ilə nisbətən daşınmaz əmlak qiymətləri iki dəfə aşağı düşmüşdü, müvafiq olaraq neftin də qiymətində azalma müşahidə edilirdi. 2007-ci ildə ümumdünya maliyyə bazarında baş verən proseslər neft birjalarına təsir göstərdi və bizdə də qiymətlər 30%-ə yaxın aşağı endi. 2014-ci ilin mart ayında neft birjalarında yeni tendensiyalar yaşandı, bu isə 2015-ci ilin əvvəlindən bizim bazara öz təsirini göstərdi, manatla ifadədə qiymətlər 15-18% endi. Dollarla isə bu azalma daha çox idi. Odur ki, neft qiymətləri ilə daşınmaz əmlak qiymətləri arasında birbaşa da olmasa, dolayı asılılıq var. Bu asılılıq müxtəlif illərdə və müxtəlif iqtisadi aktivlik formatında özünü fərqli şəkildə biruzə verir. Bir barelə bir kvadrat metri qarşılaşdırsaq, 2010-cu ilə qədər bizdə 24-26 barelə bir kvadrat metr mənzil almaq olurdu. 2015-ci ildən isə bu rəqəm 18 barelə düşüb. Hətta bəzi aylarda 15-16 barelə enir. Bu isə o deməkdir ki, zaman keçdikcə bir kvadrat metrin bazar dəyərinin neftdən asılılığı azalır". 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

17.02.2020 07:33

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşet sağındakı reklam_5
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10