Neft Çindən gələn xəbər ilə ucuzlaşır
Çin hökuməti, 30 ildir ilk dəfə ölkənin 2020-ci ilə dair ümumi daxili məhsul (ÜDM) hədəfini açıqlamayıb.
Marja xəbər verir ki, bu vəziyyət, iqtisadiyyata dair qeyri-müəyyənliklərə bağlı olaraq ölkənin neft tələbində əhəmiyyətli azalma olacağı qayğılarını artırıb. Neft qiymətləri 5%-dən çox düşüb.
Çin hökuməti Cümə günü, ÜDM hədəflərinin yerinə, iqtisadiyyatı Covid-19 pandemiyasının təsirlərinə qarşı dəstəkləmək üçün bir sıra tədbirlər açıqlayıb.
Pekin, bəzi yeni təşviq xərcləmələri açıqlamasına baxmayaraq, koronavirus ilə əlaqədar olaraq meydana gələn "böyük qeyri-müəyyənliyə" görə bu il ÜDM hədəfi müəyyən etməyəcəyini bəyan edib.
Çinin "National Petroleum Corp" şirkətinin araşdırmasına görə, Asiyanın ən böyük iqtisadiyyatı Çində neft məhsullarına tələb bu il 5% azalacaq.
ABŞ ilə Çin arasında gərginliyin yenidən artması da neft qiymətlərinə mənfi təsir edir.
Brent neftinin qiyməti təxminən 5% düşərək 34.17 dollara, Qərbi Texas neftinin qiyməti isə 6.4% düşərək 31.74 dollara qədər geriləyib (Bakı vaxtı ilə saat 11:45-ə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 14 saat sonra
-
25 d. əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















