"Əksər otel və turizm şirkətləri rəqəmsal rəqabətə hazır deyillər"
Pandemiyadan sonra daxili bazar payı üçün rəqabət artacaqAzərbaycanda “Maarifləndir ki, müştəri qazanasan” şüarı ilə şirkətlərə marketinq xidmətləri təqdim edən Marcom şirkəti pandemiya dövründən sonra turizm sektorunda ciddi rəqabət olacağını gözləyir.
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə turizm sektoru üzrə fəaliyyət göstərən şirkətlərin əksəriyyəti rəqəmsallaşmaya hazır deyillər.
“Biz hər il ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərin marketinq strategiyalarını analiz edirik. Bu analizlər bizə təqdim etdiyimiz xidmətləri daha da təkmilləşdirməyə və bazara uyğun yeni xidmətlər formalaşdırmağa kömək edir. Pandemiya səbəbilə dünya və eləcə də, ölkə turizmində müvəqqəti durğunluq olsa da, pandemiyadan sonra bazar payı əldə etmək üçün ciddi rəqəmsal rəqabət yaranacaq. Lakin bizim araşdırmalarımız göstərir ki, ölkədə fəaliyyət göstərən əksər otel və turizm şirkətləri bu rəqəmsal rəqabətə hazır deyillər. Bu gün otel və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin bir çoxlarının veb saytları istifadəçi və google axtarış sisteminin tələblərinə cavab vermir. Bu isə pandemiyadan sonra həmin şirkətlərin həyata keçirəcəkləri marketinq aktivliklərini nəticəsiz qoya bilər".
Ceyhun Fərzəliyev əlavə edib ki, bazarda digər sektorlarda olduğu kimi otelçilik və turizm sektoru üzrə də unikal yazı və video kontentin yaradılmasına ciddi ehtiyac var.
“Rəqəmsallaşmaya keçidin arxasında davamlı və faydalı kontent dayanır. Veb saytında heç bir unikal və faydalı kontent olmayan bir otel və ya turizm şirkəti təsəvvür edin. Həmin şirkət rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə digər rəqibləri ilə hansı formada rəqabət apara bilər? Saytlarda faydalı kontentin olması gələcəkdə həm rəqəmsal marketinq xərclərinə qənaət etməyə, həm də sərhədlər açılandan sonra xaricdən ölkəyə gəlmək istəyən turistlər üçün maraqlı ola bilər. Məlumat üçün deyim ki, bir il ərzində müxtəlif ölkələrdən Azərbaycandakı turizmlə bağlı ortalama 2 milyona yaxın axtarış olub. Lakin bu axtarışların böyük hissəsində istifadəçilər axtarılanı tapmadıqları üçün daxil olduqları saytı tərk etməli olublar. Hazırda bölgələrin tarixi abidələri, təbiəti, mətbəxi, adət-ənənələri ilə bağlı yazılı və ya video məlumatların sayı olduqca azdır. Olan məlumatlar isə Google tərəfindən indekslənə bilmir. Bunun səbəbi də yenə saytların doğru şəkildə Google-un standartlarına uyğun yığılmamasıdır. Bundan əlavə, həmin məlumatların digər dillərə tərcümə olunması və ya səsləndirilməsi də yaxşı olardı. Hər bölgədə yerləşən otel öz yerləşdiyi ərazinin dəyərləri əsasında maraqlı foto, video, mətn xarakterli faydalı məlumatlar hazırlayıb öz saytlarında yerləşdirsə, bu, onlara marketinq baxımından iki qat faydalı olar. Bu istiqamət üzrə fəaliyyət göstərən şirkətlər həmçinin nəzərə almalıdırlar ki, sözügedən məlumatları digər mənbələrdən götürüb birbaşa olaraq öz saytlarına yerləşdirmələri onlara ciddi problem yarada bilər. Belə ki, google axtarış platforması öz alqoritmi əsasında yazılmış məlumatların haradansa götürülmüş və ya unikal olduğunu analiz edə bilir. Başqa mənbədən götürülmüş mətn, video və ya şəkil aşkar etdikdə isə həmin saytın Google axtarış sistemindəki mövqeyi zəifləyir. Ona görə də şirkətlərin bu məsələlərdə peşəkarlara müraciət etmələrini tövsiyə edirəm.”
Ceyhun Fərzəliyev pandemiyadan sonra otel və turizm şirkətlərində müştəri məmnuniyyətinin həmişəkindən daha ciddi önəm daşıyacağını bildirib.
“Pandemiyadan sonra otel və turizm şirkətləri illik kampaniya planlarına uyğun olaraq yerli əhaliyə bir-birindən maraqlı təkif paketləri təqdim etməyə çalışacaqlar. Burada əsas məsuliyyət oteli təmsil edən personalın üzərinə düşəcək. Ona görə də otel və turizm sektoru üzrə fəaliyyət göstərən şirkətlər müştəri məmnuniyyətini yüksək tutmaq üçün əməkdaşlarına ciddi təlim keçməli və hər şeyin onların göstərdiyi xidmətdən asılı olduğunu aşılamalıdırlar.”
Şirkətin icraçı direktoru elektronlaşdırılmış müştəri bazası məsələsinə də toxunaraq bildirib ki, turizm sektoru üzrə fəaliyyət göstərən şirkətlər yerli proqram təminatlarına üstünlük verməlidirlər.
“Bizə əməkdaşlıq üçün müraciət edən şirkətlərin əksəriyyətində CRM platformaları mövcud deyildir. Otelin marketinq və satış departamenti onların A,B,C kateqoriyalı müştərilərinin kimlər olduğunu, onlara nəyi və nə zaman təklif etmək lazım olduğunu bilmirlər. Belə olduğu halda isə hər bir müştəriyə fərdi yanaşma formulasını qurmaq, o cümlədən digər marketinq aktivliklərini həyata keçirmək çətin olur. Bir çox otellər CRM sistemlərinin yığılmasını xarici şirkətlərə həvalə edirlər. Bu da gələcəkdə texniki dəstəyin vaxtında göstərilməsi, dil baryeri, ölkələrarası zaman və valyuta fərqi kimi ciddi problemlər yaradır.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyaları şirkəti bu ilin sonuna kimi daha bir şirkətlə strateji tərəfdaş olmağı planlaşdırır. Şirkət hal-hazırda Cubics Technology, Onevision Business Solutions şirkətləri ilə strateji tərəfdaşlığını davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















