ABŞ koronavirus peyvəndi üçün Novavaxa 1,6 milyard dollar ödəyəcək
ABŞ, yeni növ koronavirus (Kovid-19) peyvəndi inkişaf etdirməsi üçün Novavax şirkətinə 1,6 milyard dollar ödəyəcək.
Amerikanın Maryland ştatında fəaliyyət göstərən Novavax adlı dərman şirkəti, ABŞ hökumətinin, 2020-ci ilin əvvəlində 100 milyon doza Kovid-19 peyvəndi istehsal etmələri qarşılığında onlara 1,6 milyard dollar ödəyəcəyi sözünü verdiyini açıqlayıb.
Marja xəbər verir ki, razılaşmanın, ABŞ Prezidenti Donald Trampın ilin sonuna qədər bir koronavirus peyvəndi tapmaq sözünü yerinə yetirmək məqsədilə yaradılan ''Warp Speed'' adlı layihə çərçivəsində edildiyi qeyd edilib.
ABŞ hökuməti ilə təmin edilən razılaşmaya görə, cari ilin sonuna qədər gözlənilən klinik sınaqların nəticələrini gözləmədən peyvənd istehsalına başlaya biləcəklərini bildirən şirkət, koronavirus peyvəndinin etibarlı və təsirli olduğunun təsdiqlənməsi vəziyyətində də, 2021-in ilk rübündə 50 milyon insan üçün 100 milyon doza peyvənd istehsal edəcəklərini qeyd edib.
Novavax-ın rəhbəri Stanley Erck gələn həftə birinci faza testlərin başlayacağını, üçüncü faza insan ilə testlərin də oktyabr ayına təsadüf edəcəyini açıqlayıb.
Amerikanın Johnson&Johnson, Sanofi, Moderna Therapeutics, Merck, Böyük Britaniyanın AstraZeneca şirkətləri də ABŞ hökumətindən peyvənd üçün federal kömək alan şirkətlərdir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
10 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi




















