“Gəncənin bombalaması nəticəsində dağılmış evlərin hamısı yenidən tikiləcək”
“Ermənilərin Gəncə şəhərinə atdığı raketi dərhal müşahidə kamerasından gördük. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasediciləri, xüsusi riskli dəstənin əməkdaşları dərhal hadisə yerinə cəlb olundu, xilasetmə və axtarış işlərinə başladılar. Bildiyimiz kimi, hadisə zamanı dağıntılar altından 9 cəsəd çıxarılıb, 35 nəfər yaralanıb. Çox təəssüflər olsun ki, yaralananlar arasında uşaqlar da var”.
Bunu Gəncədə səfərdə olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, düşmənin Gəncəni bombalaması erməni faşizminin, Ermənistanda olan hərbi-siyasi rejiminin illər boyu Azərbaycan əleyhinə apardığı iyrənc siyasətinin nəticələrindən biridir: “Onlar bunu tək bu gün törətmirlər, 1988-ci ildən başlatdıqları bu iyrənc siyasət 30 ildən artıqdır ki, davam edir. Bunlardan ən faciəlisi 1992-ci ildə olan Xocalı soyqırımıdır ki, orda həlak olanların heç biri hərbçi deyildi. Onlar bu vəhşiliyi, bu soyqırımı azərbaycanlılara qarşı törədirlər, Gəncədə törətdikləri də eyni vəhşiliyin davamıdır”.
K. Heydərov qeyd edib ki, Ermənistan Ordusu və hərbi-siyasi hakimiyyətinin dərsi verildi: "Sentyabrın 27-dən etibarən biz xalq və dövlətin möhtəşəm birliyinin bir daha şahidi oluruq. Ermənistanda hakimiyyətlə xalq arasında belə birlik heç vaxt olmayıb və olmayacaq. Çünki bizim Ali Baş Komandanımız başda olmaqla əhalimiz, hərbiçilərimiz hamısı müsəlləh əsgər kimi çalışırlar, vuruşlar. Vətəndaşlarımızda heç vaxt indiki kimi ruh yüksəkliyi olmayıb. Möhtərəm cənab Prezident də ötən gün qeyd elədi ki, bugünkü qələbə, zəfər Azərbaycan tarixində heç vaxt olmayıb. Azərbaycanın bir çox sahələrdə, iqtisadi, siyasi, diplomatik qələbələri olub, lakin bu qələbə tarixi qələbədir. Biz hamımız başda cənab Ali Komandan olmaqla, çox hörmətli Mehriban xanım olmaqla - bayaq biz gələndə 5-6 yaşlı uşaqlar əsgəri salam verdilər - onlar olmaqla bu tarixi birgə yaşayırıq. Xalqımızla, ordumuzla, rəhbərimizlə, uşaqlarımızla, ailələrimizlə bu qələbəni yaşayır. Bu qələbənin sevinci, tarixi nəticəsi Azərbaycan üçün çox gözəl olacaq".
K. Heydərov deyib ki, ermənilər mülki əhaliyə iriçaplı silahlardan atəş açır, yaşayış yerlərinə raket atırlar: "Biz bunları dünyaya çatdırırıq. Dünya artıq bunları görür. Bir-iki ermənipərəsti çıxmaq şərtilə dövlətin Azərbaycanın bu işinə hamı haqq qazandırır. Hamı bilir ki, biz haqq yolundayıq. Torpaqlarımız işğal olunub, biz müharibəni öz torpaqlarımızda aparırıq. Biz bütün işğal olunmuş torpaqlarımızı axıra qədər azad edəcəyik. Bu yolda qurban gedən insanlara Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərimizə, bu yolda canını fəda edən insanlarımıza Allah rəhmət eləsin. Biz güclüyük, Ali Baş Komandanımızla birgə bütün əhali bir olaraq qələbə qazanacağıq. Əvvəlki devizimiz yadınızdadır - “Biz birlikdə güclüyük”. İndi də yeni devizimiz “Qarabağ Azərbaycandır!” Biz bununla irəli getməliyik. Hamıda olan ruh yüksəkliyi saxlanmalıdır. Çünki bizim qarşıda çox işimiz var”.
Nazir qeyd edib ki, dağılmış evlərin hamısı yenidən tikiləcək: “Hadisə olan gündən, həmin gecənin səhərində bəri bizim bütün qurumlarımız, həmçinin Tikintiyə Nəzarət şöbəsi hadisə yerində araşdırmalar aparır. Onlar nə qədər evin hadisədən zərər çəkdiyini hesablayırlar. Möhtərəm, cənab Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evindən, itirdiyi başqa bir şeydən zərər çəkməsin. Onların hamısı bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Bəzilərinə evlər veriləcəkdir. Vətəndaşlarımız çəkdiyi bütün zərərlər tərəfimizdən bərpa olunacaq. Gəncə camaatının bununla bağlı heç bir narahatlığı olmasın”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























