İranda rəsmi olmayan seçki nəticələrinə görə Rəisi Prezident seçildi
İranda rəsmi olmayan seçki nəticələrinə görə mühafizəkar namizəd İbrahim Rəisi 13-cü Prezident seçkisini qazanaraq ölkənin 8-ci Prezidenti olub.
Artıq rəqib namizədlər Rəisini təbrik ediblər.
Hazırkı Prezident Həsən Ruhani də etdiyi çıxışında xalqın seçdiyi Prezidentin müəyyən olduğunu qeyd edərək 45 gün sonra vəzifəni ona təhvil verəcəyini dilə gətirib.
Ayətullah Seyid İbrahim Rəisi kimdir?
Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat hazırda müqəddəs Məşhəd şəhərində yaşayan iranlı ruhanidir. 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açan Rəisi, ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.
20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub.
Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunur. Rəisi, 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilir və 10 il boyunca bu vəzifəsində qalır. 2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. On 2015-ci ildən etibarən, ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisində olan nümayəndəsidir. O Mübariz Ruhanilər Cəmiyyətinin də üzvü olmaqla yanaşı, Xobreqan məclisinin əsas idarə heyətində yer alır.
Ölkənin Ali Dini Liderinin Məşhəddə olan nümayəndəsi və şəhərin cümə imamının kürəkəni olan Seyid İbrahim Rəisi, 2 ildir ki, Ayətullah Xamenei tərəfindən İmam Rzanın (ə) hərəminin məsulu olaraq təyin olunub. Onun dini elmlərdə olan ustadlarından Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xamenei, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad, və Ayətullah Seyid Mahmud Şahrudinin adını çəkmək olar. Onun 14 il Ayətullah Xameneinin xaric fiqh dərsində iştirak etdiyi bildirilir. Fiqh və şəritdə ictihad sahibi olan Seyid İbrahim Rəisi, fiqh və hüquq fakultəsində doktoranturadan əlavə, beynəlxalq hüquq fakultəsinin də magistrini uğurla başa vurub.
Seyid İbrahim Rəisi barədə ən maraqlı məlumatlardan biri, Onun Ayətullah Behişti tərəfindən kadr olaraq hazırlanmasıdır. Belə ki, inqilabın ilk illərində 70 nəfərlik heyət yaradaraq, gələcək üçün kadr hazılayan Ayətullah Behişti, Seyid İbrahim Rəisini də bu heyətin üzvü olaraq seçir. Bu heyət Ayətullah Behişti, Ayətullah Xamenei və Şəhid Mütəhhəri tərəfindən xüsusi olaraq hazırlanıb. O İranda, Ayətullah Behiştinin canişini olaraq qələmə verilir.
Bir çoxları hesab edir ki, o, gələcəkdə Ali Dini Rəhbər Ayətullah Əli Xameneyini də əvəzləyə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
-
22 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib




















