İnternet hədiyyəli iPhone 13-lər artıq Azercell Eksklüziv mağazalarında!
(®) Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən etibarən ölkəmizdə ən son model iPhone cihazlarının satışını gerçəkləşdirir.
Uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları artıq Azercell Eksklüziv mağazalarında müştərilərin ixtiyarına verilib. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən Azercell Apple şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, Azercell-in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.
Xatırlatmaq istərdik ki, hələ 8 oktyabrdan etibarən yeni iPhone modellərinin limitsiz imkanlarını Azercell-lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılmışdı.
Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.
Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 3 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Ən çox oxunanlar
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























