Azərbaycanda 21 bankın aktivləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar “Xalq Bank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (22,1%), ən az azalma isə “Xalq Bank”da (0,6%) qeydə alınıb.
Qalan 21 bankın aktivləri artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (36,5%), ən aşağı dinamika isə “Bank BTB”də (1,7%) qeydə alınıb.
4 bankın aktivləri 2 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə aktivləri 2 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (11 milyard 483 milyon 857 milyon manat), “Kapital Bank” (6 milyard 709 milyon 523 min manat), “PAŞA Bank” (6 milyard 408 milyon 381 min manat) və “Xalq Bank” (2 milyard 339 milyon 392 min manat) ASC-lərdir.
Qalan 22 bankdan 3-də ("Bank Respublika", "Unibank" və "Rabitəbank") aktivlər 1-2 milyard manat arasında, 6 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 11 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 saat sonra
- 12 d. əvvəl
-
16 d. əvvəl
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
-
18 d. əvvəl
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
-
22 d. əvvəl
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
-
23 d. əvvəl
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
- 26 d. əvvəl
- 28 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
Azərbaycanın xurma ixracında kəskin geriləmə – RƏQƏMLƏR
Azərbaycanın alma ixracı kəskin azalıb


























