PAŞA Sığorta innovativ onlayn satış portalını təqdim edir!
(®) Əsas strateji hədəflərindən biri müştərilərinə rəqəmsal həllər və innovativ xidmət təqdim etmək olan PAŞA Sığorta şirkəti bu istiqamətdə uğurla addımlayır. Sadəcə öz müştəriləri üçün deyil, sığorta bazarındakı bütün istehlakçılar üçün həyata keçirdiyi yenilikçi fəaliyyəti ilə seçilən şirkət yeni onlayn sığorta satışı portalını təqdim edir.
Müştərilərin daha qısa müddət ərzində sığorta məhsulu əldə etməsini təmin edən yeni portal vasitəsilə sığorta əldə etmək istəyən şəxslər həm könüllü, həm də icbari avtomobil və əmlak sığortası məhsulları barədə ətraflı məlumat əldə edə, həmçinin, aktiv kampaniyalar və özəl təkliflərdən xəbərdar ola bilərlər.
KASKO sığortası əldə etmək istəyən şəxslər isə avtomobil məlumatlarını daxil edərək müxtəlif KASKO məhsulları üzrə ilkin sığorta haqqı hesablamaq və sifariş etmək imkanından faydalana bilərlər. Portalda əmlak məlumatlarını daxil etməklə bölgəyə uyğun əmlak sığortası üzrə qiyməti öyrənmək, bununla yanaşı “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə onlayn şəhadətnamə əldə etmək imkanı da mövcuddur.
Portaldan istifadə üçün əlavə qeydiyyata ehtiyac yoxdur. Sığorta məhsulları əldə etmək istəyən hər kəs https://store.pasha-insurance.az/ keçidi vasitəsilə portala daxil olaraq mərhələli şəkildə məlumatlarını daxil etməklə sığorta məhsulu əldə edə bilər.
Platforma haqqında əlavə məlumatı FAQ bölməsindən PAŞA Sığortanın rəsmi Facebook və ya Instagram hesablarına yazaraq əldə edə etmək mümkündür.
Qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
18 d. əvvəl
Türkiyənin iri sənaye şirkətləri ilə Azərbaycanda tərəfdaşlıq müzakirə edilib
-
-
22 d. əvvəl
AccessBank 2027-ci il üçün tibbi sığorta şirkəti axtarır – TENDER
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycan xarici dövlət borcunu azaltmağa davam edir - 4,6 milyard dollara düşüb
- 39 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Tramp Bombardier-i ABŞ-dan qovmaqla hədələdi — Səhmləri kəskin ucuzlaşdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda orta maaşın yeni məbləği açıqlandı
Azərbaycan iqtisadiyyatının artım tempi zəiflədyib
Ən çox oxunanlar
İnvestorlar iPhone təqdimatında nələrə diqqət yetirəcəklər?
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Dünya bazarında qızılın qiyməti 1% yüksəlib
Mükəmməllik standartı: Volvo dünyanın ən etibarlı avtomobil markaları sırasındadır ®
Rəsmi məzənnələr açıqlandı













.webp)













