Baş nazirin 1-ci müavini: "Rubl həddindən artıq möhkəmlənib"
"Rusiya Federasiyasının milli valyutası indi həddindən artıq möhkəmlənib, bir dollar üçün 70-80 rubl məzənnəsi optimaldır".
Marja xəbər verir ki, bunu Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov TASS-a müsahibəsində bildirib.
"Rublumuz həddən artıq möhkəmlənib, bir dollar üçün 55-60 rubl artıq güclü məzənnədir. Xüsusilə deflyasiya və yüksək faiz dərəcələri fonunda", - Belousov bildirib.
"Bizim sənayemiz üçün tarazlıq, rahat məzənnə bir dollar üçün 70 ilə 80 rubl arasındadır",- o deyib.
Belousov qeyd edib ki, Rusiya Mərkəzi Bankı rublun məzənnəsini hədəf götürmür, ona görə də o, “olduğu kimi inkişaf edir”.
"Eyni zamanda, biz görürük ki, Rusiya Bankı əsas dərəcəsini ardıcıl olaraq aşağı salır, bir neçə gün əvvəl onu 9,5%-ə endirdi. Bu, bizdə həqiqətən mövcud olan yüksək inflyasiya probleminin ortadan qalxmağa başladığının sübutdur”, - Baş nazirin birinci müavini bildirib.
Andrey Belousov qeyd edib ki, 2022-ci ilin sonuna qədər Rusiyada inflyasiya 15%-i keçməyəcək.
"Çox güman ki, 2022-ci ildə dekabrda dekabrda inflyasiya təxminən 15%, bəlkə də bir qədər aşağı olacaq. İndi biz deflyasiya görürük”, - Belousov bildirib.
O əlavə edib ki, Rusiyada deflyasiya aşağı tələbdən qaynaqlanır və bu problem həll edilməlidir: "İndi, bildiyiniz kimi, bir neçə həftədir ki, deflyasiya müşahidə olunur və bu, tələbin olmamasından xəbər verir. Tələb azlığı, necə deyərlər, burada və indi həll edilməli olan əsas problemlərdən biridir. Biz hesab edirik ki, qarşıya qoyulan 2024-cü ildə 4% inflyasiya hədəfinə çatmaq olduqca mümkündür”.
İqtisadi İnkişaf Nazirliyinin proqnozu Rusiyada 2022-ci ilin sonuna inflyasiyanın 17,5% təşkil edəcəyini göstərir.
Müştərilərin xəbərləri
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
6 d. əvvəl
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
-
19 d. əvvəl
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
- 25 d. əvvəl
-
33 d. əvvəl
110 milyon manatlıq Azərbaycan şirkəti digər şirkəti özünə birləşdirir
- 46 d. əvvəl
-
49 d. əvvəl
“Modern Construction Group”un nizamnamə kapitalı 6 dəfədən çox azaldılır
- 53 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
Noyabrın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bir çox torpaq sahiblərinin illərdir gözlədiyi qərar - Verilmiş torpaq sənədləri çıxarış almağa əsas olacaq
Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb
İdxal olunan kərə yağı və digər süd yağlarının kiloqramının orta dəyəri 10,24 manata düşüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®






















