Mobil manşet üstü reklam_21

"İnflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağı gözlənilir" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağı gözlənilir" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qlobal inflyasiya prosesləri, əsas səbəblər və gözləntilər” mövzusuna dair sualları Mərkəzi Bankın Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev cavablandırıb.  

-2021-ci ilin ortalarından inflyasiya yüksəlməyə başlayanda buna ilkin olaraq təklifin qlobal daralmasından yaranan keçici qiymət artımı kimi baxılırdı. Lakin getdikcə vəziyyət bir qədər dəyişdi, hazırda inflyasiya qlobal səviyyədə daha yüksək və qalıcıdır. Bunun başlıca səbəbləri nədir?

-İnflyasiya nə üçün bu qədər yüksəldiyi və davamlı olub-olmayacağı hazırda aktiv müzakirə mövzusudur. Yekdil yanaşma ondan ibarətdir ki, qlobal səviyyədə yüksək inflyasiya əsasən təklifin - bərpa olunan tələbə adekvat reaksiya verə bilməməsinin nəticəsidir. Buna səbəb olan bir neçə vacib amili qeyd edə bilərik.

Hər şeydən əvvəl, təchizat zəncirindəki problemlər. Pandemiyadan sonra bir çox məhdudiyyətlərin aradan qaldırılması nəticəsində iqtisadiyyatın bərpası, son istehlak mallarına və aralıq məhsullara tələbin artımı, stokların artırılması və s. təczihat zəncirindəki qırılmalar səbəbindən müxtəlif tədarük problemlərinə və gecikmələrə səbəb olmuşdur. İstehlakçıların alışlarında əhəmiyyətli dəyişiklik baş verdi və qeyri-ərzaq məhsulları və xidmətlərə olan ertələnmiş tələb  istehakı xeyli artırdı. Bu halda istehsalçıların artan xərcləri qiymətlərə ötürüldü.

İkincisi, dünyanın aparıcı iqtisadiyyatlarında iri həcmli fiskal stimul və post-pandemiya istehlakın artması. Pandemiya ilə mübarizə aparmaq üçün dünya miqyasında əsasən inkişaf etmiş ölkələrdə təxminən 16.9 trilyon dollarlıq fiskal tədbirlər həyata keçirilib. Təkcə Birləşmiş Ştatlarda 1.9 trilyon fiskal stimul proqramı həyata keçirilib (Amerika Qurtuluş Planı). Böyük fiskal stimul proqramlarının yumşaq monetar siyasət ilə kombinasiyasının yüksək və davamlı inflyasiyaya səbəb olacağı barədə ekspertlər də xəbərdarlıq edirdilər.

Üçüncüsü, bərpa nəticəsində enerji məhsullaırna tələbin artması və əmək bazarında bərpa prosesləri.  Gözlənildiyi kimi pandemiyadan sonra istehsalın bərpası enerji məhsullarına da tələbi artırdı və bu da stokların azalmasına və qiymətlərin yuxarıya doğru hərəkətinə səbəb oldu.  Eyni zamanda işsizlik hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarıda olsa da, bir çox ölkələrdə əmək bazarında iştirak səviyyəsinin sürətlə bərpası İnkişaf etmiş ölkələrdə istehlakın artımına səbəb olmuşdur.

Dördüncüsü, Geosiyasi gərginliyin pik həddə çatması, xüsusən də regionda müharibə nəticəsində enerji və ərzaq tədarükündə çətinliklər, qarşılıqlı sanksiya, enerji və ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxardı ki, bu da istər-istəməz qlobal miqyasda inflyasiyanı daha da sürətləndirmişdir.

-Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının hesabatlarından da görünür ki, bütün əmtəələr üzrə, xüsusilə də ərzaq məhsulları üzrə inflyasiya sürətlə artır. Bu proseslər İEÖ və İEOÖ necə təsir edəcək?

-Burada da pandemiya zamanı təxirə salınmış tələbin  rolu olsa da, proses daha çox qeyd etdiyimiz son geosiyasi gərginliyin artması ilə bağlıdır. Rusiya ən böyük neft və qaz tədarükçülərindən biri olduğuna görə yanacaq məhsullarının qiyməti qlobal miqyasda yüksəldi və bu daha çox yanacaq idxal edən İEÖ-də inflyasiyanı yüksəltdi. Həm Rusiya, həm də Ukrayna eyni zamanda əsas ərzaq ixracatçılarıdır, bu səbəblə müharibədən və sanksiyalardan yaranan tədarük zəncirinin qırılması halları qlobal ərzaq qiymətlərinin bir az da bahalaşması ilə nəticələndi. Məlumat üçün qeyd edək ki, Ukrayna və Rusiyanın dünya buğda ixracında payı 30 faizdir, buna görə də buğdanın qiyməti rekord həddə çatmışdır.  Bundan əlavə region üzrə logistika xətlərinin qırılması digər məhsulların da tədarükündə problemlərə və dolayısıyla bahalaşmaya səbəb olmuşdur.

Ərzaq və enerjinin istehlakda daha çox paya malik olduğu (Afrikada 50 faizə qədər) aşağı gəlirli ölkələr və inkişaf etməkdə olan bazarlar üçün təsir çox güman ki, daha böyük və uzunmüddətli ola bilər. Aşağı gəlirli ölkələrdəki insanlar yüksək qiymətlərə daha çox həssasdırlar, çünki ərzaq istehlakın orta hesabla 44% təşkil edir. İnkişaf etmiş iqtisadiyyatlarda bu göstərici 16 faizdir. Kəskin artan neft və qaz qiymətləri həm yanacaq, həm də mineral gübrələrin qiymətlərini artıraraq kənd təsərrüfatı və təzə ərzaq istehsalını da bahalaşdırır.

-Hazırda mərkəzi bankar anti-inflyasiya tədbirləri çərçivəsində siyasətlərini sərtləşdirməyə başlayıblar. Nəzərə alsaq ki, siz də qeyd etdiyiniz kimi qiymət artımı daha çox təklif yönümlüdür, bu halda pul siyasətinin sərtləşməsi, yəni faizlərin artımı  inflyasiyaya nə dərəcədə azaldıcı təsir göstərə biləcək?

-İnflyasiyanın azaldılmasına yönəlmiş effektiv dezinflyasiya siyasəti inflyasiyanın səbəblərindən asılıdır. İqtisadiyyat həddindən artıq hərarətləndikdə, mərkəzi banklar - adətən faiz dərəcələrini artırmaqla məcmu tələbi cilovlayan daralma siyasəti həyata keçirə bilərlər. Bəzi mərkəzi bankirlər məzənnəni sabit saxlamaq monetar intizam tətbiq etməklə inflyasiyanın idxalını bir qədər neytrallaşdırmq yolunu seçmişlər. Bununla belə, inflyasiya daxili proseslərdən daha çox qlobal mühitdən irəli gəldiyi üçün əlavə dəstəkləyici tədbirlərin effekti artır.

Mərkəzi bankirlər inflyasiyanın azaldılması vasitəsi kimi inflyasiya gözləntilərinə təsir etmək imkanlarına getdikcə daha çox etibar edirlər. Siyasətçilər, gözləntilərə və daxili inflyasiya komponentlərinə təsir edəcəyinə ümid edərək, inflyasiyanı aşağı salmaq üçün faizləri yüksəltməklə iqtisadi fəallığı müvəqqəti olaraq aşağı saxlamaq niyyətlərini bildirirlər. Sorğu aparılmış 134 ölkənin yarısından çoxu yüksək enerji və ərzaq qiymətlərinə cavab olaraq ən azı bir siyasət tədbiri elan etmişdir.

Lakin doğru qeyd edirsiniz ki, inflyasiyanın təklif xarakterini nəzərə alaraq yalnız pul siyasəti tədbirləri kifayət etməyə bilər. Buna görə də fərdi qayada ölkə şərtlərinə uyğunlaşdırılmış bəzi çevik fiskal tədbirlər də tövsiyə edilir. Məsələn, artımın yüksək olduğu, inflyasiya təzyiqlərinin artdığı, yüksək dövlət borcu olan inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə hökumətlər fiskal siyasəti normallaşdırmağa başlamalıdırlar.

Hökumətlərin beynəlxalq əmtəə qiymətlərindəki artıma reaksiyaları ən həssas təbəqənin qorunmasına üstünlük verməlidir. Burada kritik məqsəd sosial rifahı qoruyaraq ərzaq böhranının qarşısını almaqdır. İnkişaf etmiş sosial təhlükəsizlik şəbəkələrinə malik olan ölkələr daxili qiymətlərin qalxmasına imkan verməməklə yanaşı, həssas qruplara ünvanlı və müvəqqəti sosial yardım tətbiq etməlidir.

-Qeyd etdiyiniz kimi son geoiqtisadi və geosiyasi proseslər də inflyasiya proseslərinə artırıcı təsir göstərir. Bu cür yüksək qeyri-müəyyənlik şəraitində beynəlxalq təşkilatların ortamüddətli dövr üzrə inflyasiya proqnozları necədir? Qarşıdakı dövrdə daha hansı risklər ortaya çıxa bilər?

-Cari inflyasiyanın davametmə müddəti əmək bazarının bərpası, təchizat zəncirindəki maneələr, mərkəzi bankların reaksiyası, geosiyasi gərginliyin davametmə müddəti və onun enerji və ərzaq qiymətlərinə, eləcədə qlobal iqtisadi aktivliyə təsirindən asılı olacaqdır.

BVF-nın aprel hesabatının proqnozlarına görə 2022-ci ilin sonuna qlobal inflyaisya 7.4%, o cümlədən İEÖ-də 5.7, İEOÖ-də isə 8.7% səviyyəsində gözlənilir. 2023-cü ildə İEÖ-də inflyasiya proqnozu azaldılsa da, İEOÖ üzrə daha qalıcı və yüksək olacağı proqnozlaşdırılır. Habelə ərzaq inflyasiyasının ilin sonuna qədər yüksək qalacağı – təxminən 14% ətrafında olacağı gözlənilir.

Mütəxəssilərin gözləntiləri inflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağını deməyə əsas verir. Geoiqtisadi və geosiyasi gərginliyin azalması daxil olmaqla, qlobal tələb-təklifin balanslaşması, tədarük və logistika kanallarının bərpası, eyni zamanda yüksək baza effekti buna imkan verə bilər.

Orta müddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri, inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etməkdir.

Elçin Güləliyev
23.06.2022 14:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ