Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
28 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106017947 |
Emissiya həcmi | 40 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 27 dekabr 2022-ci il, 27 iyun2023-cü il 26 dekabr 2023-cü il, 25 iyun 2024-cü il 24 dekabr 2024-cü il, 24 iyun 2025-ci il |
Faiz gəliri | 5 % |
Ödəmə tarixi | 24.06.2025 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 24 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
“OPEC plus”un qərarından sonra neft bahalaşır
İsveçrənin qərarı bəlli oldu: 50 faizlik vergi rədd edildi
PULLU adam olmaq üçün ilk addımını at
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub








.jpg)






.jpg)


