Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!

(®) “QoldenPey” ASC-nin 15 illik yubileyi münasibətilə 8-14 İyul tarixlərində təşkil etdiyi kampaniyanın qalibləri müəyyən oldu.

Belə ki, 15 İyul tarixində ümumilikdə 15 nəfər qalibə hədiyyələr təqdim edildi. Qeyd edək ki, şərtlərə əsasən, qaliblər Hesab.az-da kampaniya ərzində ən çox fərqli sayda ödəniş edən istifadəçilər olub. Kampaniya müddəti ərzində ödəniş edən istifadəçilərin siyahısını onlayn şəkildə izləmək mümkün olub.

GoldenPay şirkətinin nümayəndələri qaliblərə bu illər ərzində şirkətin yanında olduqları üçün təşəkkür edərək hədiyyələri təqdim edib. Qaliblər isə, Hesab.az onlayn xidmətlər platformasında üstünlük verdikləri funksiyalar haqqında fikirlərini bölüşüblər.

Kampaniyada qaliblər aşağıdakı formada hədiyyələr əldə etdilər:

1-ci yer – Tural Ağayev Elşad oğlu, 150 ödənişlə İphone 13 Pro

2-ci yer – Vüsalə Rəfiyeva İbrahim qızı, 143 ödənişlə Apple Watch Series 7

3-cü yer – Rəşid Şirəlizadə Mehman oğlu, 102 ödənişlə Apple AirPods 3

4-cü yer – 79 ödənişlə 200 AZN dəyərində Hesab Koin

5-ci yer – 46 ödənişlə 100 AZN dəyərində Hesab Koin

6-cı yer – 44 ödənişlə 50 AZN dəyərində Hesab Koin

7-ci yer – 42 ödənişlə 50 AZN dəyərində Hesab Koin

8-ci yer – 42 ödənişlə 50 AZN dəyərində Hesab Koin

9-cu yer – 37 ödənişlə 50 AZN dəyərində Hesab Koin

10-cu yer – 32 ödənişlə 50 AZN dəyərində Hesab Koin

11-ci yer – 32 ödənişlə 50 AZN dəyərində Hesab Koin

12-ci yer – 31 ödənişlə 50 AZN dəyərində Hesab Koin

13-cü yer – 31 ödənişlə 50 AZN dəyərində Hesab Koin

14-cü yer – 30 ödənişlə 50 AZN dəyərində Hesab Koin

15-ci yer – 29 ödənişlə 50 AZN dəyərində Hesab Koin

Qeyd edək ki, GoldenPay/Hesab.az-ın sürprizləri bununla yekunlaşmır, yaxın aylarda şirkət yeni layihələr və müxtəlif kampaniyalarla istifadəçilərini sevindirməyə davam edəcək!

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar. 

Qeyd edək ki, 2011-ci ilin Aprel ayında GoldenPay şirkəti ölkənin ilk onlayn xidmətlər portalı – Hesab.az-ı yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür. Hesab.az-ın təqdim etdiyi növbəti xidmət - Hesab Travel isə istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir.

18.07.2022 16:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ