Saxta iş elanları verərək 100 min manatlıq ziyan vuran şəxs tutulub
Daxili İşlər Nazirliyinə elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Cəmil Bəbirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün 51, sağlamlıq haqqında tibbi arayışın verilməsi üçünsə 17 manat pulun müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb edib. Daha sonra saxlanılan şəxs kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıb. Bank kartlarındakı pul vəsaitlərini işə düzəltmək adı altında ələ keçirən Cəmil Bəbirov bu müddət ərzində ona müraciət edən şəxslərə 100 min manatdan artıq maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cəmil Bəbirov ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
DİN vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı və bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























