Azər Türk Bankdan regionlarda kiçik və orta biznesin inkişafına dəstək
(®) Dövlət bankıAzər Türk Bank ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.
Belə ki, Bank Bakı şəhərindən başqa, regionlarda da kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Gəncə şəhərində yerləşən filialında Gəncə, Şəmkir, Goranboy, Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara biznes kreditləri təklif edir.
Filialda kiçik və orta biznes (KOB) kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilir.
Belə bir xidmət yaxın günlərdə Bankın Şirvan filialında da sahibkar müştərilərə təklif ediləcəkdir. Bu xidmət vasitəsilə Şirvan, Salyan, Haçıqabul, Sabirabad və digər yaxın bölgələrdəki kiçik və orta biznes subyektləri rahat şəkildə kredit əldə edə biləcəklər.
Qeyd edək ki, sahibkarlara təklif olunan kreditlərin məbləği 5 000 manatdan 200 000 manatadəkdir. İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 1 aydan 42 ay müddətinədək rəsmiləşdirilir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























